Bəzən yeni bir hobbi öyrənmək istəyəndə hardan başlayacağımızı bilmirik və ya işin yarısında bezirik və öyrənməyi yarıda kəsirik , amma bunu unutmamalıyıq : "Başlamaq üçün mükəmməl olmağa ehtiyac yoxdu ancaq mükəmməl olmaq üçün başlamalısan " . Başlamaq üçün vacib məsləhətlər : 1. Biz yeni bir şey öyrənməyə başlamadan əvvəl öyrənəcəyimiz hobbi ( idman , riyaziyyat , incəsənət və s. ) haqqında çoxlu məlumatlar toplayıb zehnimizi hazır vəziyyətə gətirməliyik. 2. Hər şeydən əvvəl iradəli olmalıyıq . Diqqətinizi dağıdan və sizi məqsədinizdən uzaqlaşdıran hər şeydən uzaq durun . Hətta bir vərəq götürüb sizi işinizdən saxlayan şeyləri qeyd edin . Bunu edəndə sizi saxlayan şeylərin xırda problemlər olduğunu görəcəksiz . 3. Səbrli olmaq işin yarısıdır . Bəzən fikirləşirəm ki , nə üçün 1-2 saatlıq dərsdən bezirik ,amma saatlarla internetdən ( "Instagram" , "You Tube" və s. ) istifadə edib bezmirik ? Səbəbi budur ki , hər hansı oxuduğumuz bir şeyin nəticəsini bir gün , bir həftə , bir ay hətta illər sonra görürük , amma internetdə istədiyimiz şeyi elə yerindəcə tapa bilirik . Məsələn : Xoşladığın kinoya baxmaq istəyirsən bir neçə dəqiqəyə İnternetdən əldə edə bilirsən . Qısaca biz nəticələri tez ortaya çıxan işlərə meyilliyik . Səbrli olmaq üçün belə fikirləşməliyik : "Öyrəndiyimiz heç bir şey lazımsız deyil vaxtı gələndə bizə yol göstərəcəkdir ".