Biz tanış olduqdan sonra arxada bir mahnı oxundu . Ellis əlini mənə uzatdı və rəqsə dəvət etdi .
-Yox mən oynuya bilmirəm - dediyim də üzümə güldü bu zaman yenə o qorxuducu qəh qəhə səsini eşitdim dəvamından da səsini eşitdim .
- Öl elə səni yazıq , sənin yerin də olsaydım özümü çoxdan öldürmüşdüm sən hələ də sırtıq - sırtıq yaşayırsan hahaha
-Lidya birlik də oynayan da sənin oynaya bilmədiyin bilinmir . Gəl oynayaq
Mən onun dediyini edərək əlini tutdum , digər əlimi çiyninə qoydum . O isə bir əli ilə belimi tutur , bir əli ilə də belimdən tuturdu . Mənim içimdə yenə bir narahatçılıq hissi var idi . Elə bil indi bir şey olacaqdı . Bizi an gözüm Meri xanıma sataşdı bizim şəklimizi çəkirdi və gözləri yaşarmışdı, gözündən bir damla yaş düşdü amma üzünə baxan da bunun sevinc göz yaşları olduğu bilinirdi . Ellis əlini belindən götürərək cibində ki telefonu çıxarıb selfi çəkdi . Mən qardaşımla bu qədər yaxın olmağın sevincini yaşayarkən Simiya yenə bizə lağ edirdi . Luniya bizə təbəssüm ilə baxırdı .
Mahnı qurtalan kimi biz də qurtaldıq . Ayaqqabımın parça kimi olan hissələri cırılmağa başlayırdı . Mən nə olduğunu başa düşməyərək Simiyaya baxdım .
- Sənə bir ayaqqabı da dözə bilməyir hahaha , Lidya paltarına bax hahaha
Mən üzərimdə ki dona baxdım cırılmağa başlayırdı. Maks tez üzərimə öz pencəyini üzərimə atdı . Məni başqa otağa apardı .Otaqda Ellis , Fidel də var idi .
Max
-Lidya nolub ey paltarına ?
-Bilmirəm birdən cırılmağa başladı . Mən geyinən də belə şey yox idi .
Bu zaman Fidel xaincə gülümsədi amma onu vecimə almadım . Ellis onun belə gülməyini görüb onu kənara çəkdi . Mən hələ də titrəyirdim
Yazıçıdan
Ellis Fidel'i kənara çəkdi .
- Sən nəsə etmisən?
Bir tərəfə gülərək cavab verdi :
-Hə mən etmişəm nolub ki burada ?!
-Sən başdan xarabsan ey qız hər kəsin için də biyabır olacaqdı Maks olmasaydı . O sənin bacındır ! Nə etmisən paltara ?
-Lezva ilə kəsmişəm ki , biyabır olsun deyə . Hər kəsin için də paltarı cırılsın istədim , ona olan nifrətimdən edirəm , peşman da deyiləm
Bu vaxt Ellis Fidelin üzünə yumruq atdı . Yumruq o qədər möhkəm idi ki burnu və dodağı qanamağa başladı .
Lidya'danEllis ilə Fidel öz araların da danışarkən birdən Ellis Fidel'ə yumruq atdı . Biz nə olduğunu başa düşmədən yanlarına getdik . Maks onları ayırmağa çalışırdı . Fidel pis - pis gülümsəyirdi .
Maks
- Nə olub , nə edirsiniz ey ?
-Şərəfsiz Fidel edib hər şeyi Lidya'ya
Mən heçnə başa düşmədən onlara baxdım.
-Nə edib ki ?
- Donu bu hala o salıb ki biyabır olsun
Mənim gözlərim çəlləmə çıxdı . Mən onun üzərinə gedəcəkkən məndən əvvəl Maks yanağına bir yumruq quydu ki , yanağı göyərdi və ağzından qan gəldi . Mən onları ayırmağa çalışırdım . "Mənə bunu niyə edirdi?","mənim ona nə pisliyim olub?" , " Mənə bu qədər nifrət etməsinin səbəbi nə idi?" deyə fikirlər ağlımda fırlandı. Ona heçnə demirdim amma əmin idim ki baxışlarım ona cavab idi . Onun gözün də 1 qram belə peşmançılıq görmürdüm . Sakinləşdiklərin də mənə paltar gətirmək üçün Ellis otaqdan çıxdı. Fidel
gülə - gülə otaqdan çıxmışdı. Maks ilə tək qalmışdım . Heç hiss etmədiyim qədər qəribə hiss edirdim .
- Özünü necə hiss edirsən?
-Yaxşı - qısa cavabıma gülümsədi.
- Sizin ev də qalacağıq bilirsən deyəsən
- Yox bilmirəm niyə ki
- Biz bu şəhər də qalmırıq və hətta təkcə biz deyil sənin 2 xalanın 2-də , əmingil də , dayıngilin də evləri şəhər xaricində yerləşir deyə belə şənliklərdə bura gələndə 1 həftə qalırıq elə hamımız.
Mən gülümsədim içimdən özümdən asılı olmayaraq hədsiz sevinc hissi var idi . Bu zaman otağa daxil olan Ellis ilə fikrim dağıldı . Qapıya tərəf çevirləndim , Ellis əlində 2 torba ilə otağa daxil oldu. Torbaları mənə uzatdı içərisində don var idi , digərində isə ayaqqabı var idi.
- Bəxtimdən yaxınlıqda mağaza yerləşirdi əslində, ən gözəlini seçmək istədim ki , sən ən gözəllərinə layiqsən amma bunu tapa bildim .
( Donun şəkli )-Yox mən bu otaq da dayanım , bu çox qısadır
Maks
-Yaxşıdır əşi gəl həm də qonaqlar şübhələnəcəklər
Ellis
-Məncə də yaxşıdır
- Bəs ayaqqabı?
Bu zaman torbadakı ayaqqabını çıxarıb mənə verdi.
( Ayaqqabının şəkli )
Mən məcburən geyindim . Özümü çox narahat hiss edirdim . Utanırdım
Simiya
-Bayaq çirkin idin indi betər oldun özünə bizə yazığın gəlmirsə ətrafdakılara əsas da Ellis'ə yazığın gəlsin . Özünü öldür mən sənin yanındayam .
Mən onu vecimə almadım və Ellis'in yanına getdim . Otaq da Maks yox idi . Ellis məni görən kimi gözləri parıldadı elə bil heyran olmuşdu amma mənim qəşəng olma ehtimalım dəlixanada neçə il qalıb sonra da normal həyat tərzi keçirmək kimi mümkünsüz idi. Ellis əlini mənə uzatdı , onun əlindən tutub otaqdan çıxdıq . Heç kimə də bir şey demək fikirim yox idi , Ellis'də mənlə eyni fikirdə idi . Meri xanım mənə qəribə şəkildə baxdı və üz mimikləri ilə mənə nə olduğunu soruşdu, mən başımı iki yana salladım . Şənlik saat 11-ə kimi davam etdi , mən heç bu qədər ayaqüstə və əyləncəli halda dayanmamışdım . Elə bu səbəbdən digərlərinə nisbətən daha çox yorulmuşdum . Evə gəldik də tez özümü yatağa atdım , heç paltarlarımı dəyişmədən gözlərimi yumdum
~~~~~~~~~~~~~~~~~~~
ŞİMDİ OKUDUĞUN
QARANLIĞIN içindəki AYDINLIQ
Teen FictionQaranlığa qərb olmuş qızı Aydınlığa çıxaran SEVGİ