Düşündürən

1 0 0
                                    

Otağımda oturmuşdum.Sadəcə bir qədər kofe içərək fikirləşirdim.Elə-belə həyat,dünya və eləcə də insanlar barədə.Necə hərdən havadan,sudan danışırıqsa,mən də hava,su haqqında fikirləşirdim.
Düşünmək məni həmişə məst eləyib.Məncə bu həyatdakı ən vacib fəaliyyət növüdür.Fikirləşmək dünyanı dəyişdirir-inkişaf etdirir.Hər bir insan özü də düşüncədən ibarətdir.Necə ki bədəninin 80 faizi sudan ibarətdirsə,fikrimcə,qalan 20 faizi fikirdən ibarətdir.Dediyim kimi hər bir insanın düşüncəsi var.Bəzilərinin xoş,bəzilərinin pis,bəzilərinin yaradıcı,bəzilərinin "ölü",bəzilərinin  faydalı,bəzilərinin isə faydasız düşüncələri var.Bəziləri gün sonunda işi barədə,bəziləri yaxınları,bəziləri məqsədləri barədə,bəziləri isə mənim kimi sadəcə havadan və sudan fikirləşir.Amma bunlarla bərabər bir çox insan isə axırıncı dəfə nə vaxt fikirləşdiyini yada salmağı belə yaddan çıxarıb.
Nəysə dediyim kimi fikirləşirdim ki,birdən qonşudan musiqi sədaları eşidildi.Çox yüksək səslə mahnıya qulaq asırdılar.Bu barədə onlara bir neçə dəfə şikayətlənmişəm.Onlar-qonşular təxminən 2 ay əvvəl buraya rayondan köçüblər.Bir neçə cavan tələbədirlər.Özlərinə etdiyim şikayətləri mədəni şəkildə qarşılasalar da,görünür,qulaq ardına vurublar.Bax bunlar bayaq saydıqlarım arasında sonuncu qrupa aid olanlardandırlar.Yaxşı,bunlarla daha sərt danışmaq lazım gələcək,deyəsən.Amma Qoy bu dəfə də güzəştə gedim.
Səsdən balkona çıxdım.Mənzərəyə baxıb fikirləşməyə davam etdim :"Bura daha yaxşı imiş.Özüdə guya "hava,su" barədə fikirləşirəmsə,elə qoy özlərinə-havaya,suya baxa-baxa fikirləşim".Mənzərə çox gözəl idi.Günəş batmaqda,buludlar hərəkət etməkdə,quşlar göy üzündə dövrə vurmaqda,külək əsməkdə idi.Təbiət öz bütövlüyünü nümayiş etdirirdi.Amma bilmirdi ki,insanlar çox mənfur və yarımçıqdırlar.Hərəsinin bir pisliyi-kəsri var.Bəlkə də bilsəydi ki,öz bütövlüyünü-sistemliyini nümayiş etdiyi insanlar bu cür varlıqdırlar,bəlkə də bütöv olmazdı,dərhal dağılardı.Amma yox,indi ağlıma gəldi,bəzən o da insanlara acıqlanır və bütövlüyünü pozub,Fəlakətlər törədirdi.Bu da təbiətin ədaləti idi.
İçəri keçdim və öz stəkanımı yuyub yerinə qoydum.Sonra otağıma keçdim.Səs kəsilmişdi.Uzanıb dincəlməyə çalışdım.Bir qədər dincəldim.Otağın işığı öləziyirdi.Otağımı yenicə təmir etdirmişdim.Buna baxmayaraq,hələ də səhlənkarca otağın lampasını dəyişməmişdim.Son vaxtlar yaddaşım yaman zəifləyib.
Bir neçə dəqiqə sonra beynimi bir fikir narahat etdi.Sanki qeyri-iradi düşünürdüm.Fikirləşdim ki,durum mahnı qoyum və yüksək səslə qulaq asım.Lənət şeytana ki etdim.Məqsədim o idi ki,yüksək səslə mahnıya qulaq asmaqla tələbələri narahat edəm.Səsdən təngə gətirim ki,onlar da başlarını dinləmək üçün balkona keçsinlər.Bəlkə,onlar da balkonda mənim onlara qəzəbləndiyim kimi mənə qəzəblənərlər.Bununla da etdikləri barədə düşünərlər.Və bununla da düşünən insanların sayını artırmış olaram.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 28, 2016 ⏰

Add this story to your Library to get notified about new parts!

Düşündürən Where stories live. Discover now