Gözətçi əsgərlərdən biri Dukasa xəbər verməyə gedir.Digər, əsgər isə at üstündə olan Qara Boranı gördükdə görkəmindən huşunu itirir.Qara Boran əmr edir:
-Bu əsgəri ulca(əsir) edin!
Bir Türk qrupun şəhərə gəldiyini Dukasa xəbər verilir.Dukas Tiberə dedi:
- Komandir;Petrusun onlarla görüşməsini əmr et!
Tristian Dukas anladıki,gələn peçeneqlərdir.
Petrus bir qrup əsgərlə şəhərin qapısından çıxır.Alplar pusatlarını çıxardırlar. Qara Boran:
-Sakit...
-Komandir! Bu Şəhərin sahibiylə görüşmək istəyirəm.
Petrus:
-Siz kimsiniz?
Qara Boran:
- Mən Bəngüel(Peçeneq) obasının bəyi Qara Boran !
Petrusun qorxudan alnından bir tər damlası axdı və dedi:
-Istəyinizi,ustad Dukasa bildirəcəm.
Bunu deyərək,şəhərə yenidən qayıdırlar.
Buğac dilləndi:
- Ata bizim həddimizə deyil,amma izin versəydin canlarını alardıq.
Qara Boran təbəssümlə:
- Birinci,təslim olmalırını istəyəcəksən.Əgər,olmasalar can ala bilərsən.Savaşın qanunları budur.
Petrus Dukasla görüşüb dedi:
-Dorostolunun sahibi ustad Dukas.Gələnlər peçeneqlərdir.Bəyləri sizlə görüşmək tələb edir.
Dukas :
-Gəlsinlər!
Petrus Qara Borana iki -üç əsgəriylə görüşə gələ biləcəyi xəbəri göndərir.Qara Boran:
-Buğac bir qrup alp al.Şəhərin arxa tərəfinə get.Hər ehtimala qarşı.Batur,Batıxan,Ildırım mənlə gəlin.
Buğac bir qrup atla şəhərin arxasına keçir.
Şəhərə girdikdə Batur dilləndi;
- Necə gözəl şəhərdir!
Şəhər həqiqətən,gözəl idi.İnsanlar başını aşağı salaraq işlərini görür və ticarətlə məşğul olurdular.Vəziyyəti pis olan demək olar ki,yox idi.Ətrafda dəmirçinin dəmir döyməsinin və heyvanların səsi gəlirdi.
Qara Boran :
- Narahat olma oğul ! Bizim olacaq.
Sonda Dukasla görüşülür.Qara Boran:
-Bu şəhərin sahibi;Dukas sənmisən?
Dukas taxtında oturmuş vəziyyətdə:
- Mənəm Tristian Dukas.
Qara Boran:
-Mən peçeneqlərin bəyi Qara Boran.Sənlə danışmağa gəlmişəm.
Dukas gülərüzlə:
-Bu qədər əziyyət çəkib gəlmisiniz.Sizi dinləyirəm.
Qara Boran:
-Əsr etdiyiniz üç türk əsgərini bizə verin və təslim olun !
Dukas gülməyə başladı.Sonra taxtından qalxıb,bəyə yaxınlaşdı.Gülərək:
-Bu dedikləriniz olmazsa,nolacağ? Üstəlik əsirlərimizi verməyi və əsir olmağımızı istəyirsən.
Qara Boran hirslə:
- Dorostolon əlində olmaz !
Petrus sinirlənir.Qara Boranın üzərinə yerimək istəyəndə Dukas əli ilə saxlayır.Dukas :
-Nəyinə güvənirsən? Əlinizdə 3-5 əsgərə mi? Mən ordumu yığıb obanızı qılıncdan keçirtsəm necə olar?
Batur xəncərini çıxardıb,Dukasın boğazına dirəyir.Batıxan qılıncınıda Petrusa.Ildirımda qapıdaki,gözətçi əsgərləri öldürüb.Qapını bağlayır.Əsgərlər vəziyyətin nə yerdə olduğunu bilib,qapını sındırmağa çalışırlar.Dukas gülərüzlə:
-Əgər,məni öldürsəniz heç biriniz burdan sağ çıxa bilməyəcəksiniz.
Qara Boran Dukasa yaxınlaşıb,gözlərinə baxaraq:
-Bizdə güclü qazanmas Dukas.Tanrı kimin yanındadırsa,o qazanar!Hücuma hazır ol! Gedək alplar! Əgər,gedəndə bizi öldürsəniz,bütün türk obaları bir olub sizə hücüm edər.Bunun altından qalxa bilmərsən.
Dukas üzünü Petrusa tutaraq :
- Ordunu gücləndir !Hücuma qarşı hazır olsunlar!
Qara Boran şəhərdən çıxdıqdan sonra alplara Buğacı çağırmasını əmr edir.Bir müddət sonra Buğac və alplar gəlir.Qara Boran yum(xeyir-dua) verdikdən sonra deyir:
- Oxçu alplar! Siz,bizim arxamızdan gələrək yuxarıdaki,oxçuları öldürün.Bilgə bəy,sən 3-5 alpla burada qal.
Batur qorxaraq :
-Ata tələsmirik mi?
Qara Boran :
- Tam vaxtıdır oğul! Onlar nə olduğunu bilə bilməyəcəklər.
- Hücum alplar!
Batur yenədə narahat idi.
Hücum başladı.Gözətçi əsgərləri öldürüb,içəri girdilər.Əsgərlərdən biri "Basqın " deyə qışqırdıki,Buğac at ilə gələrək baltası ilə əsgərin başını tulladı.Meydanda bir igid vardı;Qara Boran.Alplar savaşmayıb,onun savaşına baxmağ istəyirdi.Çünki Qara Boran uzun müddət sonra ilk dəfə savaşırdı.Oxçuların sayıda çox idi.
Petrus Dukasa düşmənlərin gəldiyini xəbər verdi.Dukas :
- 3 Türk əsgərin içərisində ölü biri var.Onu savaş meydanına at.
Qorxmaz ağlayır.Basat hələ də Dəmirin ölümü ilə barışmırdı.Birdən savaş səsini gəldiyini eşitdilər.Qorxmaz təəccüblə:
-Savaşı edən bizimkilər olmasın?
Basat :
- Ola bilər qardaş.
Petrus əsgərlərlə çəri girir.Dəmiri götürmək istəyəndə Qorxmaz hirslə:
-Hara aparırsınız qardaşımı? O, artıq ölüdür.Nə işinizə yarayacaq?
Bu vəziyyətə Basatda sinirlidir.Petrus:
-Bu sizin diqqətinizi çəkməsin.
Basat sinirlə:
-Bu səslər nədir bəs?
Petrus :
- Türklər bizə hücum edib.
Əsgərlər Dəmirin qolunu və ayağını açdıqdan sonra Petrusla birlikdə otağdan çıxırlar.Qorxmaz üzünü Basata tutaraq:
-Nə baş verir bəy ?
Basat:
-Bilmirəm Qorxmaz!Çox sual vermə Qorxmaz!
Qanlı savaş davam edirdi.Filipusun əsgərləri vəziyyəti anlayıb,içəridə qalırdılar.Hamısı Filipusdan əmr gözləyirdi.Amma Filipus Düşündən (yuxusundan) ayıla bilmirdi.
Birdən yuxarıdan savaş meydanına ölü bir alp atıldı.Hərkəsin diqqəti alpa çevrildi.Alp tam Qara Boranın yanına düşdü.Qara Boran da Dəmirin ölü bədənini gördükdə dizləriüstə düşdü.Bir anlıq Qara Boran heçnə eşitməyib,görmürdü.Bundan istifadə edən Bizans əsgəri qılıncı ilə bəyin belindən yaraladı.Qara Boran ayıldı,amma artıq gec idi.Sinəsinə bir ox dəydi.Alplar "Qara Boran yaralandı" deyə qışqırdı.Batur qaçaraq atasının yanına gəldi.Bir gözü ölü Dəmirə,digəri isə yaralı atasına baxırdı.Buğac onlara yaxınlaşan əsgərə baltasının birini üzərinə fırlattı.Batıxan və Ildırma qışqırdı:
-Bəyinizi qoruyun!
Buğac ora gəlir.Bunları görsədə,özünü ələ alır.Baturda savaşda olduğunu xatırlayır.Buğac üzü Batura tutaraq:
- Atamızı və qardaşımızı Bilgə bəyin yanına apar.Biz səni qoruyacayıq.Biraz savaşıb,sonra bizdə geri çəkiləcəyik!
Qara Boranın yaralanması,Dəmirin ölüsü alpların motivasiyasını aşağı salır.Ürəklə savaşmadıqları üçün ölməyə başlayırlar.