27-ci Hissə

78 9 0
                                    

Artıq bir saatdan çox idi ki, qızlar otaqda Süsəninlə məşğul olurdular. Oğlanların, xüsusi ilə də Sənanın səbri get-gedə azalırdı. Ayaqlarını yerə döyəcləyib, dodaqlarını çeynəyərək pıçıldadı:
- Nə qədər çəkəcək bu?
Elnur onu sakitləşdirmək çiyninə vurub dedi:
- Səbirli olmaq lazımdı. əminəm Fidan onu özü kimi şirin bir şey edəcək.
Samirlə Sənan bir-birlərinı baxıb, Fidanın Elçini saatlarla qovalamasını xatırlayıb gülmsədilər. Samir gülməyini güclə saxlayıb:
- Ondansa Sevinc kimi cazibədar olsun.
Bu dəfə Elnurla Sənan bir-birlərinə baxdılar. Sevincin biraz çox olan "açıqsözlü"lüyü məlum idi.
- Məncə onsuzda Süsən bacı olduğu kimi yaxşıdı. Sadəcə biraz dəyişikliyə ehtiyacı var.- deyən Elçin, Samirlə Elnura Sənanı işarə etdi. Sənanın üzündə həqiqətəndə Elçinlə razıymış kimi bir ifadə vardı.
Sənan hər kəsin ona baxdığını görüb, qaşlarını çataraq "nə?"-dedi. Oğlanlar başlarını yelləyib, gülməklərini gizlətməyə çalışırdılar. Bir tək Sənandan başqa hamsı anlamışdı. Anlamayan biri daha vardı...
Qapı zərblə açıldığında hər kəs diksindi. Süsənin qapını qırdığı bəlli idi, lakin o çölə çıxdıqda qapının onun qırdığına inanmaq çətin idi. əynində çəhrayı rəngdə, dizdən olan bir don,manikur edilmiş əllər, saçları xəfif dalğalandırılmış, çəhrayı dodaq boyası, qara qələmlə çevrələnmiş sürməli gözlər - deyişməyən tək şey onun öldürücü baxışları idi . oğlanlar ona ağzı açıq şəkildə baxarkən, o bir neçə addım irəli gəlib var gücü ilə qışqırdı:
- Bu kimin planı idi?!
Hamıdan tez özünə gələn Sənan cəld Elçini qabağına alıb:
- De ha. Bax hamsı bu şirin babanın planı idi.
Süsən Elçinin qorxmuş uşaq kimi olan üzünə baxınb dayandı. Elçinin gözləri elə parıldayırdı ki və üzündə "Süsən bacı mənə vurma" ifadəsi olduğundan Süsən ona heç nə edə bilmirdi. Yenə Sənan baxıb, yumruqlarını sıxaraq:
- Fərq etməz, mən yenə də səni döymək istəyirəm.
Sənan Elçini özünə daha da yaxınlaşdırıb, oğlanlara dönərək:
- Gördüz? Sizə nə demişdim? Bu qıza nə geyindirsəz belə, yenə də içindəki canavar sağ qalacaq. Bundan qız-mız olmaz.
Elnur Sənan baxıb:
- Amma bu sənin fikri...- demək istəyirdi ki, Sənanın yalvaran baxışlarını görüb susdu.
Oğlanların başı qarışıq olduğundan Samirin çoxdan Süsənin yanında bitdiyindən xəbərləri olmamışdı. Samir Süsəni başdan-ayağa süzüb, gülümsədi. Onun əlindən tutub, dəhlizdəki böyük aynanın qabağına gətirdi. əli ilə aynanı göstərib:
- Bax gör. əsl şəhzadə olmusan.
Süsən Samirin ona toxunmasına qəzəblənib, onu vurmaq istəyirdi ki gözü aynaya sataşdı. (müəəlif: Cəmilə Məmmədli) Gördüyünə inana bilməyib, bir addım geri çəkildi. O ilk dəfəydi ki, özünü belə görürdü. Oğlanların ətrafında yığışdığını hiss etmədən təkrar-təkrar saçlarına, paltarına, makiajına baxdı. Hərəkət belə etmirdi, sanki hərəkət etsə bu sehr pozulacaq. Oğlanlarda Süsənin bu halını gülümsəyərək izləyirdilər, bir tək Sənandan başqa. O əllərini cibinə qoyub, vecsiz şəkildə oğlanların Süsənə baxmasını izləyirdi. Dodaqaltı "çox matahdı sanki" deyə pıçıldayıb, səsli şəkildə dedi:
- Bəs qızlar hanı?
- Deyəsən içərdədilər hələ. Ürəkləri getmiş ola bilər.
Süsənin bu sözündən sonra Elnur və Samir cəld qonaq otağına tərəf qaçdılar. Sənan bundan istifadə edib, hələ də aynadan özünə baxan Süsənə dedi:
- Çox da baxma. Hərəktələrin hələ dəyişməyib. əyninə don keçirib, üzünü boyamaqla qız olunmur.
Elçin Sənanın acıq verən uşaqlar kimi danışmasına gülümsəyib, Süsənə yaxınlaşaraq:
- Narahat olma, biz Süsən bacıya hər şeyi öyrədərik. O da hər kəsin heyran olacağı bir qız olar. Həm də hər oğlanın.- deyib, son cümləni deyərkən Sənan baxdı.
Sənan vecsiz şəkildə çiynini çəkib:
- Bacarırsızsa edin, məndən pas- deyib. Biraz əsəbi şəkildəöz otağına tərəf getdi.
Axşama kimi oğlanlar Süsənə dərs verməklə məşğul idilər. Elçin bir qız kimi şirin-şirin danışmağı, gülümsəməyi öyrətməyə çalışırdı. Təbii ki, danışmaq nəysə də, gülümsəyəndə onu öldürməyə gələn Əzrayıl kimi gülümsəyən Süsənə öyrətmək mümkünsə. Elnurun işi isə standart nəzakət qanunları idi. Hər yerdə və hər şeydə qadınların öncə olması fikrini Süsən çox sevsə də, oğlanla "iyrənc məxluq" deyə sözə başlamadan danışmaq çətin idi. Samirin ki isə ən ağır-cazibədarlıq öyrətmək idi. Naz etməyi öyrətmək heç, "naz"ın nə olduğunu belə başa sala bilmirdi Süsənə. Elə indi də Samir bir əlini azca yuxarı qaldırıb, gözlərini süzdürərək, qız kimi incə bir səslə:
- Belə etmə xahiş edirəm, incidirsən axı məniii. -deməsinə heyran-heyran baxan Süsən, yüngülcə əl çalıb dedi:
- Super. Səndən çox yaxşı qız olardı.
Samir əsəblərini güclə cilovlayıb, zorla gülümsəyərək:
- Təşəkkür. Çox incəsən.- deyib, Elnula Elçinə dönüb ağlamaqlı səs tonu ilə pıçıldadı:
- Təhqirlə komplementi ayıra bilmir hələ...
Elçin özü də daxil olmaqla oğlanların bitkin düşdüyünü görüb, Süsənə yaxınlaşdı. Gülümsəyib:
- Süsən bacı bu günlük bəsdi. Qalanı sabaha qalsın.
Süsən cəld ayağa qalxaraq, sevinclə gülümsəyib incə səslə dedi:
- Yaxşı. Təşəkkürlər uşaqlar.
Oğlanlar onun gülümsəyib, təşəkkür etməsinə sevinib, bir-birlərinə baxdılar. Hamsının ağlından "ümid işiğa var" cümləsi keçdiyi bəlli idi. Lakin qapıdan çıxan Süsən "sonunda bitdi işgəncə" deyə qışqırıb, divara az qala onu çatladacaq yumruq atınca yenə ümidsiz hallarına qayıtdılar.
Süsən yorğun halda su içmək üçün mətbəxə keçincə, Sənanı görüb yüngülcə diksindi. Sənan ona öldürəcəkmiş kimi baıb, qəzəblə dedi:
- Hanı yemək?!
Süsən onun baxışlarına eyni şəkildə qarşılıq verib:
- Məşğul idim. Özün hazırla!
Sənan kinayə ilə gülüb:
- Əlbətdə məşğul olarsan. Sən indi "ay eləmə, ay dırnağım qırıldı ühü ühü" olmağa çalışırsan.- deyib, həqiqətən də qız kimi dayandı.
Süsən ona heç nə anlamırmış kimi baxıb, çiynini çəkərək:
- bu yaxşı deyil ki? Istədiyin bu deyildi?
Sənan:
- yox. Yəni hə... bilmirəm- deyib, əsəbi şəkildə saçlarını qarışdırdı. Süsənə diqqətlə baxıb, başını yellədi. Yanında keçib , mətbəxdən çıarkən ayaq saxladı. Ona baxmadan:
- Mən sadəcə indiki...yəni əvvəlki halınında pis olmadığını düşünürəm. Yəni olduğun kimi də yaxşı idin. Indi isə sadəcə hamsından biri olacaqsan...- deyib, mətbəxdən çıxdı.
Süsən yerindən tərpənməyib anlamağa çalışırdı. O nə demək istəyirdi ki? Olduğu kimi olmasının yaxşı olmadığını deyirdilər, indi isə... kim və ya nə olmalı idi? Ən əsası, kimin istədiyi olmalı idi?

Ən gözəl"sən"!Tahanan ng mga kuwento. Tumuklas ngayon