Birinci Hissə

159 18 7
                                    

Dünənki ad günüm unudulmaz idi... Həqiqətən unudulmaz! Xüsusilə də işgüzar valideynlərim dostlarımın yanında üstünə düz 30 şam düzülm tortu gətirdiyi və gözlərini bərəldə-bərəldə "30-cu ad günün mübarək! Hər il olduğu kimi, bu ilki diləyimiz də gələn ad gününü öz ailənlə keçirməyindir!" dedikləri an. Həm, "öz ailənlə" nə deməkdir? Övladlığam mən?!
Ah, 30 yaş. Dünən bütün dünya mənə artıq 30 yaşında olduğumu xatırlatmaq üçün əlbir olmuşdu sanki. Müdirim belə zəng edib vəzifəmin artdığını deyəndə "30-cu Ad günün mübarək" dedi. 30 yaş, subaylıq, yalnızlıq... Ailəmlə yaşayıram, ailəm yox, uşağım yox sadəcə ən yaxşı universitetdən diplomum, 10 illik karyeram və birdən-birə 800 manata qalxan maaşım var...

Bir dəqiqə! Mənim yaxşı şirkətlə əla vəzifəm və bol maaşım var! Gəlsin pullar, xarici ölkələrə səyahətlər, bahalı markalar və istədiyim hər şey! Bütün dünyanın və qohumlarımın düşdüyünün əksinə 30 yaşında hələ də subay olmaq əladır! He he, bunu isbat edəcək örnəklərim də var:

1. Xalam qızı Aygün.
Bütün qohumlarımın istədiyi və uyğun bildiyi kimi 11-ci sinifi qurtaran kimi evləndi. İndi 4 uşağı, qonşunun gəlini ilə iş bişirən əri və ancaq atasının gücünə ödəyə bildikləri kreditləri var. Mükəmməl ailə tablosu...
Nə vaxt niyə vaxtında evlənmədiyimi sorğulasam, Aygünü yadıma salıram.

2. Universitetdən qrup yoldaşım Jalə.
Bol-bol sevgililəri var. Eşqin hər cürəsini yaşayıb. Bütün gün gəzməklər, görüşlər, sevgililər günündə hədiyyələr... Amma ən son köhnə sevgilisi ilə yeni sevgilisi bunun üstündə dava edəndə Necə oldusa yaxınlaşdılar... Bir-birlərinə qoşulub Hollandiyaya qaçdılar... Həqiqətən, belə şey necə mümkün ola bilir?!
Nə vaxt həyatımda eşq axtarsam Jaləni və onu toylarına dəvət edən o iki sevgilisini yadıma salıram.

3. Köhnə iş yoldaşım Lətafət.
45 yaşındadır. İllərdir eyni işdə işləyir və bir dəfə olsun vəzifəsində yüksəlməyə cəhd etməyib. Evlənməyib. Əsil evdə qalmış obrazdır. Amma tükə allergiyası olduğu üçün 29 pişik əvəzinə, 13 iguana saxlayır. Niyə iguana, mən də bilmirəm...
Nə vaxt həyatı sönmüş qarı olduğumu düşünsəm onu xatırlayıram.

Yuxarıdakı örnəklərin... Yəni canım rəfiqələrimin də həyatlarında gördüyümüz kimi 30 yaşında subay, karyeralı, tək qadən olmaq heç də qorxunc deyil! Həyatımda ərə və ya sevgiyə ehtiyacım yoxdur! Tək daha yaxşıyam!

Deyə, düşünürdüm... Ta ki, müdirim məni yuxarı mərtəbədəki təzə iş yoldaşlarımla tanış edənədək. 30 ilin sonunda axır ki, onu tapdım! Ağ dəri, qara saçlar, insanın içinə işləyən sıx kirpiklərlə çevrələnmiş tünd qəhvəyi iri gözlər, hündürboy və formalı bədən... Mənə uzatdığı iri, sümüklü kişi əli... Tanrım, gülümsəyəndə bir tərəfə qıvrılan nazik dodaqlar və o təbəssüm...
Məni indiyə kimi subay saxlayıb, otuz ilin sonunda həyatımın eşqinə qovuşduran Tanrıya şükürlər olsun!

- Leyla xanım, bu da şirkətimizdə təcrübə keçməyə gəlmiş yeni işçimiz Fuad bəy.

Ha?! Bir dəqiqə, bir dəqiqə! Təcrübə?! İndiyə kimi niyə görmədiyimi açıqlayar bu, əlbəttə, təzə gəlib deyə. Yəqin başqa şirkətdən gəlib... Tanrım, başqa şirkətdən gəlib, elə deyilmi?...
- Belə gənc olmasına baxmayaraq, çox çalışqandır. Əminəm ki, sizin rəhbərliyiniz altında əla işçiyə çevriləcək.
- Gənc? Nə qədər gənc?

Ümid edirəm, səsim gözlədiyim qədər titrəmədi. Yox, hamı normal görünür. Hə, indi ilahım ağzını açır və deyəcək ki, o o qədər də gənc deyi...

- Xahiş edirəm, məni çox tərifləməyin. Hələ gənc və təcrübəsizəm. Universiteti və əsgərliyi bitirdikdən sonra 2 il iş axtarmalı oldum. Düzü, düşünürəm ki, işi gec tapsam da belə gözəl və bacarıqlı müdirə ilə işləmə fürsəti tapmağıma dəyər.

- Hə, cavan oğlan. Leyla xanım həqiqətən də əla işçidir. Ona görə də düz otuzuncu ad günündə, yəni dünən vəzifəsi artırıldı. Təsadüfə bax, he he he...

Müdir və yekə qarnı gülməklə məşğul ikən biz hesablayaq... Deməli , universiteti 21 yaşında bitirmiş olar, bir il əsgərlik, iki il iş axtarma... Tanrım... Bu an isə ilahım mənə çevrilib gözlərinin içi gülə-gülə dedi:
- A, nə yaxşı. Otuz yaşınız oldu? Təbrik edirəm! Mənim də sabah 24 yaşım olur. Nə gözəl təsadüfdür.

Beləliklə əziz tamaşaçılar, siz ANS iç xəbərinin axşam buraxılışında Leylanın otuz yaşının tamam olduğunu öyrənəcəksiniz,sonra isə BBC news bunu flash xəbər kimi keçəcək!

30 yaş bir qadın üçün ən qorxunc yaşdır və daha qorxuncu, sən 20-li yaşların qapısını həmişəlik bağlayanda, qarşına o yaşlara hələ təzə girmiş birinin çıxmasıdır.
Tanrım, 30 yaşıma qədər məni subay saxlayıb, axırda da 24(!) yaşlı birini həyatımın eşqi olaraq qarşıma çıxardığın üçün təşəkkürlər! Dram başlayır...

30 YOLOHikayelerin yaşadığı yer. Şimdi keşfedin