20. ♡

159 38 128
                                    

(Ow biz nə ara 20ci bölümə gəldik?)

Xoş oxumalar^^

***

"Sualları həll etmək üçün 30 dəqiqə vaxtınız var."

Ətrafdan narazı səslər yüksələrkən müəllim, heç kimi vecinə almadan testləri paylamağa başladı. Mənim də testim partanın üstündə yerini alarkən əlimin altında qələmim və qaralama dəftərim çoxdan hazır idi. Bəli, riyaziyyatdan BSQ yazırdıq.

Suallara göz gəzdirdiyimdə nə axtarırdımsa tapmaq mümkün idi: "Loqorifma, tənlik, həndəsə, kökaltı, kater məsələləri və daha nələr nələr."

Əslində riyaziyyatım pis deyildi, 80dən aşağı balım olmurdu. Amma qiymətimin yaxşı olması o fənni sevdiyim anlamına gəlmir.

Düşüncələrimi sonlandırıb, sualların həllinə keçdim.

***
Zəngin çalmasına baxmayaraq çoxu vərəqini müəllimə təhvil etməmişdi. 30 dəqiqə içində həll edə bilməyən, iki dəqiqədə necə bitirəcək anlamış deyiləm.. Müəllimin də dediyi kimi; yeməklə doymadız yalamaqla doyacaqsız?

(yazardan:  əstəğfürullah amma ciddən bunu müəllim deyirdi bizə qğwrtisçmlsndjlsdn)

Mən və Saleha, tənəffüs olmadan sualları bitirib, vərəqi müəllimə təhvil verdiyimiz üçün bufetə düşə bilmişdik. Aclıqdan öləcəkdim az qalsın!!!

Həmişəki kimi səndiviç və kola aldıq. Amma bu dəfə bufetin həyətində deyil də, məktəbin həyətindəki skamyaların birində oturmuşduq.

- "Anonimlə aranız necədir humiii? Neçə vaxtdı danışa bilmirik bu barədə.."

Mənə "humi" deyə səslənən bir tək Saleha idi, və sözün açığı mənə belə deməsi xoşuma gəlirdi.

Canım sisimmm!

- "Anonimin kim olduğunu öyrəndim.."

dediyimə qarşılıq olaraq sevinməsini gözləyirdim amma o üzünü turşutdu.

- "Ayxandı, onsuz da..?"

Dəqiqləşdirməyə çalışarcasına dediyi şey üzümdə gülümsəmə yaratmışdı.

- "Yox, Ayazmış"

Gözləri parıldadı..

- "Sevindim.. yəni.. sənin adına"

Qəhqəhəmə ə mane ola bilməmişdim..

- "Bu aralar Ayxana olan baxışların gözümdən qaçır sanma.."

Yanaqları qızardı..

"Sənə o haqda bir şey deməliyəm.."

Çəkinərək dediyi şeyə qaşlarımı qaldıraraq "buyur" mənasında cavab verdim.

-"Özümdən asılı olmadan gözlərim onu axtarır.. onun başqa məktəbə keçdiyi gündən bəri özümü qəribə hiss edirdim. 3 ildi, mən mən deyiləm sanki. Sadəcə gedişinə alışa bilmədiyimi zənn edirdim, amma o gün onu illər sonra yenidən məktəbdə gördükdə, hisslərimdən bir daha əmin oldum. Mən.. Ayxanı sevirəm.."

Bir nəfəsə dediyi cümlələri gözündən axan iki cüt yaş nöqtələdi..

Yaaa!!!

- "Sən aşiqmi oldun şərəfsizz?"

Qollarımı boynuna sardığımda, ağlamalı səsi gülüşü ilə birlikdə qulağımı doldurdu.

- "Kim-kimə aşiq olub?"

Eşitdiyim tandıq səslə Salehadan qollarımı çəkməm bir oldu.

Ayaz və Ayxan tam qarşımızda, sual dolu baxışlarla bizə baxırdılar...

________

Sizə bir etirafım olacaq... Öz yazdığım və gerçək olmayan bir xarakterə aşiq oldum.. 😢

Ayaz I love you, bərəkəthaqqı...<3

Bu aralar bölümləri tez-tez paylaşıram, çünki günlərim olduqca bekar keçir:/ Bu yaşadığımız dəqiq tətildi? Eh nəysə..

QƏLB OTAĞI | TextingWhere stories live. Discover now