8 yanvar, XXI əsr

10 3 0
                                    

8 yanvar, Şənbə 23:57

Sonum çatır. Hissizləşdirdiyim qəlbimdən, hissizləşdirdiyim düşüncələrə keçirəm. Dırnaqlarımla tutunmağa çalışdığım quyunun dibindəyəm. Dırnaqlarımın içi palçıq, saçlarım darmadağındır. Bir ömrü boşa yaşadım. Bir ömür boşuna çırpındım. İyirmilərimdə qatil oldum. Həm zehnimi, həm özümü öldürdüm. İlk qətlimi on səkkizimdə etmişdim. Hisslərimi tək-tək qarşıma otuzdurduğum günü xatırlayıram. Çarpayımda iki büküm uzanmışdım. Qulaqlığımda cızıltılı musiqi çalırdı. Nə oxuduğunu xatırlamıram ya da dinlədiyimi zənn etmirəm. Divarın soyuğu qarnıma ağır zərbələr endirirdi. Qulaqlığımdakı cızıltı susanda, çöldəki ayazın qəzəbi pəncərəmə vururdu. Sinəm aldığım nəfəslərin sürəti ilə bir qalxıb, bir enirdi, boğazım qurumuşdu. On səkkiz idim. Dodaqlarım soyulmaqdan çatlamışdı, qurumuş qan hər yerində idi. Əllərim dizlərimin arasında, buz kimi olmuş barmaqlarım bükülmüş idi. İztirab. Həqiqətən bunun adı iztirab idi. Beynim müdhiş bir ağrı ilə sızlayırdı və mən bu lənət şeyi dayandıra bilmirdim. Dayana bilmədim, qalxıb çarpayının kənarına oturdum. Soyuq hava sinəmi yarıb keçdi, bütün vücudum titrədi. Gözlərimi yumdum sıxca, nəfəsim boğazımda düyünləndi, boğuluram zənn etdim. Bu sondur dedim. Bu sənin sonuncu cəhdindir. Onları öldürməsən, məğlub olmağa davam edəcəksən. Onları öldürməsən zəif olmağa məhkum olacaqsan. Öldür onları, yox et, məhv et. Yapış boğazlarına, dəfələrlə sıx qurşunu, ruhunu sömür, amma sağ qal. Sağ qal ki nə bacardığını gör. Sağ qal ki, acizliyindən kürəyinə dolan bıçaqları çıxararkən axan isti qanı hiss et. Ağladım. On səkkizimdə, iyirmi yeddinci yaşımı qeyd edərkən ağladım. Ömrümün ortasında durdum və sevgimin, nifrətimin, qorxumun, həvəsimin, arzularımın, dualarımın, sözlərimin, inamımın, ümidimin, mənə insan kimi hiss etdirən bütün hisslərimin sinəsinə bir əl qurşun sıxdım. On səkkizimdə yaşadığım iyirmi yeddinci yaşımı öldürdüm. Qulaqlığımdakı musiqi artıq cızıldamırdı. Sözləri eşidirdim, musiqi damarımdan axırdı.

Life has betrayed me once again
I accept that some things will never change
I've let your tiny minds magnify my agony

Kontrolu itirirəm. Ağlımı itirirəm, o istədiyi yerə süzülür.

And it's left me with a chemical dependency for sanity

Gülməyə başlayıram.

Yes, I am falling
How much longer 'til I hit the ground?
I can't tell you why I'm breaking down
Do you wonder why I prefer to be alone?
Have I really lost control?

Boğazım yanır, gözlərim yanır. Dəli kimi gülürəm. Bəlkə də dəli mənəm. Qətliamın şirin dadı damağıma yayılır. Musiqi artıq daha yüksəkdən çalır. Qəlbim çırpınmır ya da mən artıq çırpındığını hiss etmirəm. Cəsuram. Eləyəm, mən ən cəsarətli olanam.

I'm coming to an end
I've realized what I could have been
I can't sleep so I take a breath and hide behind my bravest mask
I admit I've lost control
Lost control

Gülürəm. Hər yerimdən qan damcılayır, amma gülürəm. Güzgü var otaqda. Ordakı kimdi bilmirəm. Qulaqlığımdakı musiqi danışır. Dinləyirəm? Bilmirəm.

Eyni Ruhu Paylaşanlar KlubuWhere stories live. Discover now