Ailə

38 4 0
                                    

Qış fəsli olmağına baxmayaraq çox gözəl bir hava vardı çöldə. Həftə sonu olduğuna görə dərsimiz yoxuydu, bizdə Aişəylə danışıb gəzintiyə çıxmağı qərara almışdıq. Uzun bir müddətdiki, dərsdən kənar görüşə bilmirdik. İlk öncə geyim mağazalarını gəzib lazım olanları alıb sonra gözəl bir yerdə əylənəcəkdik. Aişə yeni bir yer tapdığını deyirdi. Məni ora aparacaqdı ama sürpriz etmək isdəmişdi hara olduğunu demirdi.
Qara cins bir şalvar üstünə mavi bir kofta geyinib saçlarımı at quyruğu yığdım. Çantamı sport ağ ayaqqabılarımı qara dəri çəketimi geyinib hazır olduğumu düşünərək evdən çıxıb aşağıda məni gözləyən Aişənin yanına üz tutdum.

Aişə bu gün onun maşınıyla getməyimizi isdəmişdi. Universitetə rahat gedib gələ bilsin deyə Valideynləri almışdı. Anası ilk öncə qarşı olsada Aişə onu razı sala bilmişdi. Neçə neçə sözlər vermişdi ehtiyatlı olacağına.

Binadan çıxmağımla qırmızı rəngli maşını və yanındakı Aişəni görüb yaxınlaşdım. Aişəylə qucaqlaşıb sonra maşına əyləşdik.

"Hara aparacaqsan bu gün məni?"

Aişə həyəcanla və təbəssümlə üzünü mənə çevirdi.

"İlk alış-veriş. Sonra yemək ən sona sürpriz."

"Sürprizin nə olduğunu demirsən heç olmaya bir ip ucu ver"

"bir şey fikirləşə bilərəm bəlkədə. Ama bir şərtim var mən nə desəm onu edəcəyinə söz ver."

"bu qədər gizlin olan nədir axı bilmək isdəyirəm"

"Söz ver dediklərimi edeceyinə deyim."

Söz verməsəm Aişənin heçnə demiyəcəyini bilirdim. Mən çox maraqlı biri olduğuma görədə nə olduğunu bilmək üçün söz verdim.

"Söz verirəm. Danış indi bu gizlin olan sürprizini."

"Axşam sənlə yeni açılmış bir kafe-bar var ora gedəcəyik. Və mən necə isdəsəm elə geyinəcəyik."

"Bu hardan cıxdı bilirsən elə yerləri sevmirəm."

"Sənin son 3 ayda başın rəsim kursuna qarışdığına görə heçnədən xəbərində yoxdu."

"Nə olub axı?"

"Bu gün mənim doğum günümdür. Bir parti keçirmək isdədim. Bilirsən mən hər kəslə ünsiyyət qururam buna görədə universitetdən insanlar olacaq. Səndə mənim ən yaxın rəfiqəmsən buna görədə hər kəsdən gözəl olmalıyıq."

Neçə ola bilərdi axı ən yaxın bildiyim dostumun ad gününü unutmuşdum. Son vaxtlar Ahmətin mənə məsləhət gördüyü rəsm kursuna çox vaxt ayırırdım, dərslərimdə bir yandan buna görə Aişəylə dərsdən kənar çox görüşüm danışa bilməmişdik. Son olanlardan sonra yenə hər kəsdən qaçıb rəsimlərimə sığınmışdım.

"Aişə mən nə deyəcəyimi bilmirəm. Nə desəmdə bundan sonra bir faydası olmaz. Hər şey o qədər üs üstə düşdüki tamam ağlımdan çıxıb ad günün."

"Sənə ən əsası ömrün boyu xoşbəxtlik arzu edirəm."

Aişənin əlini iki əlimlə sıxıb ona gülümsədim.

"dəli qız səndən incimirəm səni çox gözəl tanıyıram olanlarıda bilirəm boş ver bunları əsas bu gecədi."

Yol boyu Aişə bu gün ne geyinəcəyimizdən danışdı. Böyük bir alış-veriş mərkəzinin qarşısında maşını saxladı.

Aişəylə birgə girdiyim neçənci mağaza olduğunu unutmuşdum artıq.
Heç birində bir şey bəyənməyib çıxırdı.

" Aişə məndən bura qədər bu gün ad günün olduğuna görə hələ çox səbr etdim."

Bunları da beğenebilirsiniz

          

"Tamam bu son burada baxaq."

"Bu son sonra heç kəs məni burda saxlaya bilməz."

"Sanki sən özün çox tez bəyənib alırsan mənə hələ söz edirsən."

Düz deyirdi məndə çox tez bəyənən biri deyildim ama Aişə bu gün niyə mənim geyiminə bu qədər çox diqqət edirdi anlamırdım.

Mağaza girməyimizlə Aişə məni qolumdan tutaraq asılqanda olan əlbisəyə tərəf apardı. Görünənə görə çox bəyənmişdi. Əlinə alaraq tam axtardığım da budu. Səncə Günəş?

Mən əlbisəni incələyirdim. Qırmızı çiyinləri açıq, boynunun arxasindan bağlamalı, arxa hissəsi normadan daha aşağıda başlayırdı, sinədən aşağı bel hissəsinə qədər dar, beldən aşağısı qabarıq qısa bir əlbisəydi. Rəngini çox bəyənmişdim. Qırmızının gözəl tonuydu.

"Məncədə gözəldi. Ama bu çox açıqdı. Aişə məni bilirsən belə rahat ola bilmirəm."

"Günəş mənə söz vermisən nə desəm o."

"Yaxşı başımın tatlı bəlası"

Mağazadan çıxıb alış-veriş mərkəzinin içindəki kafeyə gəlib bir şeylər yedikdən sonra alış-veriş mərkəzindən çıxıb Aişənin evinə getdik.

Qapını bizə Aişənin anası Sevil xala açdı. Çox gülər üz qadındı. Görüşdükdən sonra Aişənin otağına çıxıb hazırlanmağa başladıq.

"Aişə bəsdir artıq bu geyimlə oturmaqdan yoruldum hazırlan çıxaq öz doğum günü partinə gecikəcəksən."

Tam 3 saat idi Aişə ilə hazırlanmağa çalışırdıq. Heç bir şeydə qərar verə bilmir tez tez fikirlərini dəyişirdi Aişə.
Axırki hazırlana bilmişdik.

Bizi partiyə Aişənin atası Əhməd əmi aparıb özü isə evə qayıtdı.

Girişdən girməyimizlə hər kəsin gözü üstümüzdə oldu. Aişəylə irəliyə gedərək özümüzə bir masa seçib təbrik üçün yaxınlaşan qızlarla salamlaşdıq. Mən Aişəni onlarla tək qoyub içmək üçün bir şeylər almağa getdim. Bara yaxınlaşanda gördüyüm üzlə yerimdə donub qaldım.

Emin əlində bir içki ilə barın yanında dayanmışdı. Özümü güclə ələ alıb onun yanında duraraq barmenə səslənərək içmək üçün yüngül bir şey isdədim. Sesimi eşidən kimi Emin başını çevirib üzümə baxdı. Bir neçə saniyə gözlərimə baxdıqdan sonra əlindəki içkini bir nəfəsdə içərək ordan uzaqlaşdı.

Bir müddət orda dayanıb özümə gəlməyə çalışdım. Niyə onu hər görəndə içimdə adını qoya bilmədiyim hisslər olurdu. Gözlərində sankı acı çəkdiyini görmüşdüm. Bəlkədə heç bir an belə ağlına gəlməmişdim. Ona aid çox suallarım vardı. Bir tək cavabı onda olan suallar ama cəsarət edib birdə qarşısına çıxa bilmirdim. Olanlardan sonra birdə qarşıma çıxmamışdı, məndə ondan qaçmağı seçmişdim.

Qolumda hiss etdiyim ələ başımı çevirib baxdıqda Ahməti gördüm. Gülümsəyərək üzümə baxırdı. Bu son 3 ay müddətində Ahmətlə çox yaxın olmuşduq. Aişə onun mənə qarşı hissləri olduğunu düşünürdü. Mənsə tam əksinə onun çox yaxşı bir insan olduğunu dostum olduğunu mənim yerimdə başqasıda olsa kömək edəcək biri olduğunu deyirdim.

Qardaşımın davasını Ahmətlə yenidən araşdırıb günahkarı tapmağa cəzasını çəkməyinə çalışırdıq.

"Günəş çox gözəl görünürsən."

"Hər zaman belə geyinməlidi deyə deyirəm ama məni eşidən kimdi."

Arxadan bizə yaxınlaşan Aişəyə tərəf baxdıq.

Batan günəşHikayelerin yaşadığı yer. Şimdi keşfedin