1.Hər Şey Necə Başladı?

10 3 4
                                    

Bu olanlar necə başladı deyə düşünürəm hərdən.Düzdür,düşünmək bir şeyi dəyişdirməyəcək artıq.Ancaq,edə biləcəyim yalnız budur.Zamanla düşünmək qabiliyyətimi də itirəcəyimdən qorxuram. Eyni ilə reallıq anlayışımı itirdiyim kimi. Həqiqət və yalan arasında olan o kiçik fərqi təkcə mən görə bilmirəm? Gördüklərimi hər kəs görür? Eşitdiklərimi hər kəs eşidir? Yoxsa mən ağlımı itirirəm?
   Özümdən qorxuram. Ailəmdən, gördüklərimdən, həyatdan qorxuram. Anam hər zaman problemin məndə olduğunu deyirdi. Bəlkə də, elədir. Deyə bilmərəm. Heç bir şey deyə bilmərəm artıq...
    Sinif otağında tənhayam. Heç kəs yoxdur. Ancaq mən heç vaxt tənha deyiləm. Elə deyil? Onlar hər zaman mənim yanımdadır. Sadəcə indi doktor Linanı görməmək üçün yalvarıram. O, çox qorxuncdur. Gözəllikdən məhrum üzündəki yaraları,sanki çürüyürmüş kimi olan dərisi, yerindən çıxmış gözləri və məni hədələyən səs tonu ilə çox qorxuncdur. Qardaşım Atillaya doktor Lina barədə danışanda, mənim dəli olduğumu, elə bir şəxsin olmadığını demişdi. Bəlkə də, o, haqlıdır. Çünki onun və mənim illər öncə tanıdığımız doktor Lina qətiyyən belə deyildi. O, olsa belə, niyə məni izləsin? Yaxşı,əgər real deyilsə mənim gördüklərim nələrdir? İndi belə onlar mənimlədir. Akif yanımda oturub mənə gülümsəyir. İçlərindən ən çox onu sevirəm. O, gülərüzdür və mənə yaxşı davranır.Digərləri mənim ölümümü, məhvimi istəyir.
" Məgər həyat sənin məhvini istəmir? Qəbul et, Elnur! Həyat heç vaxt yaxşıların tərəfində deyil.Xoşbəxtliyin yükü hər zaman ağır olub. Ayxanı xatırla... O gün necə də xoşbəxt idi." - Qulağıma pıçıltı ilə danışan bu şəxs Sənan idi .Ayxanın adını çəkməsi ilə qanım dondu.
" Onun adını çəkmə" deyə qışqırdım ona tərəf  baxarkən. Üzü yenə yox idi.Heç bir şey yoxdur onun sifətində. Ancaq niyəsə, o sifətdə mənim üçün olan iyrənc bir gülümsəmə olduğunu düşünürəm. Sanki, həyat onun qilafəsinə bürünərək hər daim mənə zəif olduğumu xatırlatmaq istəyir."Ayxanın adını belə çəkməyin! Onu və o günü xatırlamaq istəmirəm!Xahiş edirəm... İndi olmaz!" -  dedim yavaş çıxan səsim ilə.
   "Ah Ayxan, əzizim, onun o yanmış, parçalara ayrılmış bədəni səni çox qorxudurdu. Elə deyil? Sən bədbəxtsən, Elnur. Bədbəxt!"
Yox, bu səs... Yox, olmaz. İndi olmasın xahiş edirəm! Bu doktor Linanın iyrənc səsi idi. O çürüklərlə dolu əllərini çiyinlərimdə hiss edirdim. Gözlərimi bərk-bərk yumdum. Onun səsini duymamaq üçün əllərimlə qulaqlarımı qapadım.
" Çıx get burdan yalvarıram! Əl çək məndən! Söz verirəm dərmanlarımı vaxtında içəcəm!" - O, gülürdü,adımı səsləyirdi. Çiyinlərimdən tutaraq məni bərk-bərk sirkələyirdi. Mən isə, özümü tamam itirmişdim. Bədənim məni dinləmirdi, tir-tir əsirdim."Əl  çək!" - deyə qışqırdım və gözlərimi açdım. Doktor Lina yox idi. Onun yerində parta yoldaşım, Aydın əyləşmişdi. Çiynimdəki isə, onun əlləri idi. Qorxmuş gözlərlə mənə baxırdı.
   "Elnur, sən yaxşısan?! Özünə gəl! Tamam titrəyirsən!"
Aydını görəndə sevinmişdim. Bu zaman qulağımda bir pıçıltı eşitdim : " Sənin üçün yenidən gələcək, Elnur. Bu səfər şanslı idik" - Bu səsin sahibi Akifdən başqası deyildi. Özümü toparlayarq Anara cavab verməyə çalışdım: "Mən yaxşıyam. Yəni, yaxşı olacam. Sadəcə bir az vaxta və özümü anlamağa ehtiyacım var."
Bu sözlərim yəqin ki, onu təəccübləndirmişdi. Onunla universitetin ilk günü tanış olmuşdum. Çox az müddətdir bir-birimizi tanıyırıq.Ancaq, ona dəyər verirəm. O qara, gur saçları, gözləri mənə Ayxanı xatırladır. Yox, indi onu xatırlamamalıyam. Əgər onu xatırlasam, o günü də xatırlayacam. Xoşbəxt günlərimiz gözümdə  canlandıqdan sonra, arxasında o bədbəxt günü, göz yaşlarımı və çarəsizliyini buraxacaq bilirəm. Hələlik onu və xatirələrini özümdən uzaqlaşdırıram.



                       Birdən-birə gələn ilham perilerimin verdiyi adrenalin hissi ilə yazmağa qərar verdim 😅

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: May 25, 2023 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Gördüklərim gərçək olsa... Hikayelerin yaşadığı yer. Şimdi keşfedin