9

18 4 1
                                    

Müəllifin deyişi ilə;
Zöhrə ilə Ceyran analarını pilləkanlardan yavaşca yuxarı çıxardıb, yatağına yatızdırmışdılar. Sonra isə Zöhrə anasına baxmaları üçün tuttuğu qadınlara təlimat verdi.
"Yeməyi vaxtında hazırlanacaq. Dərmanları vaxtında veriləcək."
"Oldu Zöhrə xanım"
Ceyransa, qapının ağzında dayanıb, onu seyredirdi. Zöhrənin nə qədər xadiməçi olsada, onlarla bu tonda danışması Ceyranın xoşuna gəlmirdi. Bezmiş bir şəkildə "hər nəysə" dedi dodağalatı. Sonra isə pilləkanlarla aşağı endi. Tufan divanda oturub, telefonu ilə nəsə edirdi. "Nəsə olub?" Tufan Ceyranın səsi ilə ayılıb, ona tərəf baxdı. "Yox nəsə olmalıdı ki?"
"Gərgin görünürsən ona görə soruşdum"
"Sənə elə gəlib"
Tufan həqiqətəndə gərgin idi çünkü ona bilinməyən bir nömrədən mesaj gəlmişdi. Mesajda isə, Bir gün bir ovçu meşədə gözəl bir ceyranla qarşılaşdı. Ovçu tez silahını götürüb, ağacın arxasında gizləndi. O ceyranı vurmaq üçün, nişan aldı. Səncə ovçu ceyranı öldürə biləcək mi?
Tufan telefonu söndürüb, yanına qoydu. Başını əlləri ilə tutub, düşünməyə başladı. Bu mesajı mənə göndərən atamdı? Deyə düşünməyə başladı.
"Ceyran baş həkim sənlə danışdı?" Zöhrə Ceyranın yanına yaxınlaşıb, Ceyranın yuxarı mərtəbədə qalan telefonunu uzatdı. "Nə barədə?"
"Atam barəsində. Yəni onu-"
"Hə danışdı."
"Nə qərara gəldin?"
"Necə yəni nə qərara gəldim? Təbiikidə yox dedim. Aparatların çıxarılmaması barəsində sənədi imzaladım"
Zöhrə qaşlarını çatdı.
"Bizdən soruşmadan? Anamdan məndən soruşmadan? Öz qərarınla imzaladın yəni?"
Ceyran əlindəki telefonu kiçik masaya sərt şəkildə attı.
"Nə soruşacaqdım? Atamı diri diri basdıraq yoxsa yox?"
"Ceyran atam ölüb. Bunu artıq qəbullan!"
Ceyran işarət barmağını Zöhrəyə baxaraq qaldırdı. "Səsivi yüksəltmə!"
"Bax Ceyran anlamırsan. Həkim onun bədəninin bu halda işgəncə çəkdiyini dedi. Anam atamın acı çəkməsini istəyər səncə?"
"O hələ ölmüyüb Zöhrə. Bu mövzunu burada bağlayaq xahiş edirəm"
"Qızlar sakitləşin. Ananız yuxarıdadı" dedi Tufan.
"Mən ciddən anlamıram sən axmaqsan yoxsa özüvü axmaq yerinə qoymusan?!" Zöhrə hərarətlə danışmağa başlamışdı. Əsəbdən dişlərini qıcırdadır və yumruğunu sıxırdı. Çünkü Zöhrənin əsəb problemləri var idi. Kənardan nə qədər sakit birinə oxşasa da heç elə deyildi. "Nə deyirsən sən? Nə deməyə çalışırsan?" Ceyran da bu səfər əsəblərini cilovlaya bilmirdi. Bu son yaşadığı şeylər içində toplaşıb, ona acı verirdi. "Ceyran gəl keçək həyətə" Tufan ayağa qalxıb, Ceyranın qolundan tuttu. "Deyirəm ki, atama işgəncə verməyə haqqın yoxdu!"
"Mən də deyirəm ki atamı diri-diri basdırmayacam!!"
"O ölüb!"
Zöhrə sözünü bitirməmiş sifətində bir ovuc hiss elədi. Ceyran ona anlıq əsəbdən şillə vurmuşdu. "Mən, mən üzr istəyirəm vurmaq istəmədim Zöhrə"
"Yaxınlaşma mənə!"
Zöhrə əsəbindən ağlamağa başlamışdı. Amma bir yandanda gözyaşlarını sıxmağa çalışırdı. "Sən həmişə belə olubsan. Ancaq sənin fikirlərin, ancaq sənin qərarların! Həmişə belə eqoist olmusan!"
"Zöhrə sakitləşməyə çalış xahiş edirəm" Tufan zöhrəyə yalvarar baxışlarla baxırdı. Çünkü, Zöhrə əyər birazda əsəbini Ceyrana qussaydı. Ceyran incinəcəkdi.
"Mən sakitəm. Mənə şillə vuran sənin yoldaşındı"
"Mən sənə şillə vurmaq istəmədim. Zöhrə xahiş edirəm belə eləmə"
"Mən düzləri deyirəm. Doğrular acıdı Ceyran xanım" Zöhrə əsəbdən gülməyə başlamışdı bu səfər
"Düz demirəm bacı? Ancaq özünü fikirləşməmisən?"
"Mənəm ancaq özünü fikirləşən?" Ceyranın səsi əsməyə başlamışdı..
"Atamda onsuz həmişə sənin tərəfini saxlayırdı. Ceyran həmişə düzdü,Ceyran həmişə haqlıdı. Amma həqiqətən olan bir şey var idiki Ceyran heç kimi düşünmürdü."
Zöhrə yavaşca arxaya addımlayaraq, divanın yanındaki kiçik masanın üstündən vazonu tək əliyə yerə attı. "Nə anamı" sonra isə divardaki çərçivəni iki əli götürüb, yerə çaxdı. "Nə məni!"
Ceyran ilə Tufan ayaqüstə donaraq heç bir reaksiya verə bilmirdilər.
Zöhrə bu səfər divandaki yastıqları bir-bir yerə ataraq "nə Məryəmi! O ancaq özünü düşünür!"
Tufan axır ki ayılıb, Zöhrənin qolundan tutub sakitləşdirməyə başladı. "Zöhrə xahiş edirəm özüvə hakim ol" Zöhrə isə Tufanın qollarından çıxmağa çalışırdı.
"Bəs sən? Yaxşı bəs sən? Sən özüvü düşünmürsən məgər? Çıxıb, gedən heç zəng edib, axtarmayan sən deyilsən? Hə?" Ceyran Zöhrəyə yaxınlaşıb, gözlərinə baxırdı. Zöhrə susmuşdu.
"Nə oldu? Susdun."
Tufan Zöhrəni yavaçca divana otuzdurdu.
"Ceyran xahiş edirəm" Tufan bu səfər yalvarar gözlərlə Ceyrana baxırdı.
"Hə mən heç kimi düşünmürəm ancaq özümü düşünürəm ona görə sən evdən gedəndən sonra, atam ilə ilk 6 ay danışmadım. Hə mən eqoistəm ona görə sən evdən gedəndən sonra, hansı evə getdin? Kimlərlə qaldın? Harda işdədin? Bunları öyrənmək üçün, öz dərslərimdən tez çıxdım. Hə Zöhrə mən yaxşı bacı deyiləm. Ona görə sən getdikdən sonra, həm Məryəm həm də anam ağlamasınlar deyə hər gün yalandan o qayıdacaq narahat olmayın deyirdim. Mən heç kimi düşünmürəm haqlısan. Çünkü italıyaya gedəndən sonra belə səni izlətdirmək üçün pulla adam tutmuşdum." Ceyranın göz yaşları aram aram yanağından axaraq üzünü isladırdı. Zöhrə isə divanda oturub, ona təəccüblə baxırdı. Zöhrənində gözləri dolmuşdu..
"Mən yaxşı bacı deyiləm Zöhrəm. Ona görə son ad günündə belə olduğun məkanda sənin yanında idim. Yaxşı bacı deyiləm çünki, uzaqdan təbrik etmişdim ad gününü" Ceyran son cümləsini dedikdən sonra gülümsədi. Tufansa acı çəkərək, onu izləyirdi. Zöhrənin gözyaşları nəhayət, özlərini sərbəst buraxmışdı. Ceyran Tufana çevrilib, qırpqırımızı olmuş gözlərlə ona baxaraq, "evimizə gedə bilərik?" Dedi.
Sonra isə, arxasına belə baxmadan qapıdan çıxıb getti. Tufan isə onun arxasınca baxaraq, "o bu dünyada görüb görəbiləcəyin ən yaxşı bacıdı" dedi. Sonra isə telefonunu divanın üstündən götürərək, Ceyranın arxasına getti.
Zöhrə təkbaşına divanda gülərək ağlıyırdı. Sonra yerə çökərək, belini divana söykədi. Bu səfər yerdə dizlərini özünə çəkib, balaca qız uşaqları kimi ağlamağa başladı. O eyni zamanda həm də gülürdü. Çünkü, o gedəndən sonra bacısının və ailəsinin heç vecinə olmadığını düşünürdü bu günə qədər. Bu gün isə bacısının ona həqiqətən dəyər verdiyini həqiqətən sevdiyini öyrənmişdi. Amma bir yandanda Ceyranı incitdiyinə görə özünə əsəbləşirdi. Ona görə həm gülüb, həm ağlıyırdı. Onun emosiyaları tamamən qarışmışdı.
Ceyran Tufanın maşının qapını açıb, ön kresloda oturdu. Hıçqıraraq ağlıyırdı amma ağlamısını dayandırmaq üçün eyni zamanda dərin nəfəs alıb, verirdi. Tufanda gəlib, maşına oturandan sonra, qapını bağladı. "Yaxşısan? Ceyran yavaş-yavaş nəfəs al" Tufan təlaşla Ceyranın əlindən tutub, onu sakitləşməyə çalışırdı. "Gözlərimə bax Ceyran" Ceyran onun gözlərinə baxıb, dərindən nəfəs alırdı. "Afərin bax belə. Al, ver afərin sənə" Tufan onu nəhayət sakitləşdirməyi bacarmışdı. Sonra, Ceyranı bərk-bərk qucaqladı. O Ceyranı içinə salıb, gizlətmək istəyirdi. Heçkimin onu ağlatmasını heç kimin ona zərər verməsini istəmirdi. Tufana nə olmuşdu belə? O Ceyran üçün niyə bu qədər acı çəkirdi?
Ceyran gözyaşlarını silib, kəmərini taxdı. "Yaxşıyam. Evə gedək" deyib, gülümsədi. Tufanda öz kəmərini taxıb, maşını işə saldı.
******
Onlar evə çatıb, içəri girdilər. "Canım evim" deyərək, divanda oturdu Ceyran. "Sənsiz çox boş idi. Yəni səssiz" Tufan maşının açarını və telefonunu divanın önündəki kiçik masaya qoydu. "Darıxdın yəni mənim üçün?" Ceyran hiyləgərcəsinə gülümsəyirdi. "Çox, dəhşət" Tufanda gülümsəyirdi. "Sən gül gül. Əslində isə mənsiz bir heçsən" deyərək göz vurdu Ceyran.
Tufan isə ona baxaraq, dərindən köks öttürdü. "Sənsiz bir heçəm" dedi dodağaltı. "Mən qalxıb, duş alıb yatmaq istəyirəm. Oyananda isə yemək sifariş verərik olar?"
"Olar mən də yorğunam"
İkisidə ayağa qalxaraq, pilləkanla yuxarı çıxdılar. Sonra isə hərkəs öz otağına çəkilib, qapını bağladı.
Ceyran otağına girdikdən sonda makyaj aynasının önünə keçib oturdu. O özünə baxmağa başladı. Yorğun və qızarmış gözlərinə, çökmüş gözaltlarına, qurumuş dodağlarına, o heyrət içində üzünü incəliyirdi. Bu son yaşadıqları nə idi belə? Ceyran nə də çox şey yaşamışdı bu aralar. Ölüm təhlükəsi ilə qarşılaşmışdı Ceyran yenə də susmuşdu. O atasının çökmüş bədənini görmüş yenə də susmuşdu... bacısı üçün evlənib, yenə də susmuşdu. Anasının acı çəkdiyini görüb, yenə də susmuşdu. Nə çox susmuşdu? Onun yorğunluğu fizikən deyildi. Ceyranın ruhu yorulmuşdu. O ayaqüstə durub, boydan güzgüyə baxıb, bədənini süzdü. Ən az 6 kilo arıqlamışdı..
Hə birdə bu xəstəlik var idi. O da bir çiyninə yük olaraq gəlmişdi. Ceyran bu yüklədə yaşamalı idi. O yavaşca duşakabinə yönəldi.
Suyun altında o bütün ağrılarını və acılarını yumaq istəyirdi. 10 dəqiqə idiki Ceyran heç nə etmədən suyun altında dayanmışdı.
Tufan otağından çıxıb, Ceyranın olduğu otağın qapısını döyməyi unudub, qəfildən içəri girmişdi. "Ceyra-"
Ceyranı duş xalatı ilə görüb, tez üzünü çevirmişdi.
"M mən çox çox üzr istəyirəm" Tufan utancdan yerin dibinə girmişdi.
Ceyransa gülümsəyərək, "eybi yox onsuz xalatlayam" dedi.
"Mən duş almaq üçün gəlmişdim qapını döymək yadımdan çıxdı"
"Buyur keçib, duşunu ala bilərsən"
Tufan çevrilib, Ceyranı gülümsəyən görəndə rahatlamışdı. Sonra isə vaxt itirmədən duşa girdi.
Ceyransa dolaptan ağ pijamalarına götürüb, geyindi. Sonra isə aynanın qarşısına keçib, saçlarını yavaşca daramağa başladı. O darağa baxanda xeyli saç gördü. Ceyranın saçı heç tökülməzdi axı?
O,bu aralar yaxşı qidalanmıram bəlkə ona görədi deyib, keçişdirdi.
Sonra vanil qoxulu saç kremini saçına yavaşca vurdu. Və vaxt itirmədən yatağına girib, gözlərini yumdu.
*******
"Buranı səliqəyə salın" Zöhrə xadiməçilərə baxaraq, salonu göstərdi. "Yuxarı çıxıb, yatacam. Evinizə gedə bilərsiz"
"Oldu Zöhrə xanım"
Zöhrə pilləkanla yavaş-yavaş yuxarı çıxdı. Anasının olduğu otağın qapısını açıb, anasının yatdığını gördü. Sonra isə öz otağına keçib, qapını bağladı.
Elə bu an yatağının yanındaki tubanın üstündən ipad'nin zəngini eşitdi.
-alo?
-alo Zöhrə xanım, Musa mən.
-buyur Musa?
-Zöhrə xanım sabah şirkətə gələcəksiz?
-hə gələcəm. Meetingləri ləğv etmə.
-oldu Zöhrə xanım sağolun.
☀️☀️☀️☀️☀️☀️
"Qabındakilərin hamısın bitir"
"Ee bacı doydum daha"
"Təkrarlatma məni Məryəm"
"Off yaxşı"
Məryəm ilə Zöhrə qarşılıqlı nahar edirdilər. Zöhrə meyvə suyunu içib, ayağa qalxdı. "Mən bu gün məşğələyə getməyəcəm"
"Hə lap yaxşı. Mən şirkətdə olacam. Anam sənə əmanətdi. Baxıcılara təlimatları sən verərsən onsuz bilirlər ama yenədə deyərsən"
"Yaxşı"
Zöhrə pencəyini geyinib, çantasınıda götürdükdən sonra, qapıdan çıxdı.
Məryəm isə yeməyini bitirib, salona keçdi. "Madam baxıcılar işlərini bilir nəyə görə təlimatları verimki? Zöhrə də çox qəribədiye"
O divanda oturub, TV ni yandırdı.
☀️☀️☀️☀️☀️
"Ziya bəy müsaitdi?" Tufan Ziyanın menecerinin masasının qarşısında dayanmışdı. "Alo Ziya bəy oğlunuz qapıdadır. İçəri alım? Bəli Tufan bəy." Menecer qız Tufana baxaraq, "keçə bilərsiniz" dedi. Tufan isə vaxt itirmədən, atasının otağına çıxdı. Qapını döymədən içəri girdi çünkü artıq səbri qalmamışdı.
"Oğlum xoş gəlmisən. Buyur keç" Ziya yenə həmişəki kimi yaxşı ata rolu etməkdən əl çəkmirdi. O saxta gülümsəməsi ilə masasında oturub, sənədlərə baxırdı. Tufan keçib, dəri kreslolardan birində oturdu.
"Uzatmaq istəmirəm Ziya Ata Xan. Ceyranın valideynlərinin qəzası sənin işindi?" Tufan qorxmadan Ziyanın gözlərinin içinə baxırdı.
"Bu nə sualdı?" Ziya qaşını çattı.
"Təbiikidə mənim işimdi. Hahahhah" o qəhqəhə ilə gülməyə başladı. Tufan isə təəcübblə onu izləyirdi. Ziya oturduğu fırlanan kresloya özünü yayaraq uzandı. "Gələcəyini bilirdim. Mənə bu sualı verəcəyinidə həmçinin."
"Niyə? Niyə axı?" Tufanın səsi əsirdi..
"Ceyranla evliliyivin kağız üstündə olduğun bilirəm canım oğlum. Və Ceyrana imzalatdığım müqaviləni vəkil vasitəsi ilə ləğv elətdirdiyividə"
Ziya bunları hardan bilə bilərdi axı? Tufan donub qalmışdı. Keçirtdiyi şokla bərabər özünü çox çarəsiz hisa edirdi. Ziya isə rahatçılığını heç pozmadan gülümsəməyə davam edirdi. "Deyəsən, atavın Ziya Ata Xan olduğunu unutmusan?"
"Nə istəyirsən?"
"Ceyrana heç nə demiyəcəksən. Müqaviləni ləğv elətdirdiyinəndə xəbəri olmayacaq. Bir ay sonra WUA mənim istəyimi qəbul edəcək. Sizdə evli qalmağa məhkumsuz. Əks halda Tufan Ata Xan gözəl həyat yoldaşının və onun ailəsinin həyatlarına son qoymalı olacam. Mən axı belə biri deyiləm. Atavı buna məcbur eləmə Tufan"
Son cümləsini gözünü ağardaraq demişdi.
"Sənin oğlun olduğum üçün özümə lənət oxuyuram hər gün. Səndən iyrənirəm ata.!"
Tufan ayağa qalxıb, son dəfə iyrənərək atasına baxdı. Sonra isə sürətlə otaqdan çıxıb, qapını çırpdı.
☀️☀️☀️☀️☀️☀️
Ceyran oyanıb, aşağıya düşdükdən sonra Tufanı heç yerdə görmədi. "Tufaaan, TUFAAAAN"
Hər yerdə onu çağırsada sonda Tufanın evdə olmadığını anladı. Tez pijama ilə yuxarı otağına çıxaraq telefonunu götürdü.
Tufan kişisi aranıyor..
-alo Ceyran?
-alo Tufan hardasan?
-şirkətdə idim. Nəsə olub?
-yox. Oyanıb səni evdə görməyəndə narahat oldum sadəcə..
-evə gəlirəm yoldayam. Sənlə danışmalı olduğum vacib mövzu var.
-tamam gözləyirəm.
Ceyran telefonu söndürüb, tumbanın üstünə qoydu. "Tufan mənlə nə önəmli şey danışacaqki?" O bu fikirlə duşa girdi.
Duşdan çıxdıqdan sonra geyinib, aşağı düşdü. Mətbəxə keçib, özünə yemək hazırlamağa başladı.

O hazırladığı səhər yeməyini masaya qoyub, yeməyə hazırlaşdı elə bu an qapı açıldı

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

O hazırladığı səhər yeməyini masaya qoyub, yeməyə hazırlaşdı elə bu an qapı açıldı. İçəri girən Tufan idi. Ceyran ayağa durub, "xoş gəldin" dedi gülümsəyərək. Tufansa təlaşlı və stressli görünürdü. O telefonunu və maşının açarını masaya qoydu. "xoş gördüm" Tufan Ceyranın bir pomidor götürüb ağzına attı. "Acsan sən?"
"Yox mən yemişəm sən yeməyivi ye yuxarı çıxıb gəlirəm"
"Tamam"
Tufan yuxarı otağına çıxdı.
Ceyran isə yeməyini yeməyə davam etti. Birdən Tufanın telefonuna bir bildirim gəldiyinə görə ekranı yandı. Ekranda Ceyranın şəkli var idi. "Bu şəkili hələ də dəyişdirməyib?"
O telefonu götürüb, öz şəklinə baxdı. Sonra isə yanaqları qızardı.
"Özünə gəl Ceyran" deyib, yanaqlarına toxundu. Sonra telefonu yerinə qoyub, yeməyə davam etti.
Ceyran yeyib bitirdikdən sonra, qabını götürüb, mətbəxə ayağa qalxdı. Elə bu an Tufanın telefonuna zəng gəldi.
Gözəlim calling you..
"Gözəlim?"
Ceyran əlindəki qabı aparıb, mətbəxə qoydu. "Gözəlim kimdiki?" Ceyran öz-özünə Tufanın gözəlim yazdığı kişinin kim olduğunu düşünürdü. "Əşşi mənə nə kimdi" Ceyran mətbəxi torparlamağa başladı. Tufanın telefonu isə dayanmırdı. Sonda Ceyran əsəbləşib, Tufanı çağırdı. "Tufaaan gəl bu telefonuvu açda"
Elə bu an Tufan pilləkanları tələsik düşərək, gəlib, telefonunu götürdü. Telefonla danışmaq üçün həyətə çıxdı. Ceyran onun telefonla kimlə danışdığını eşitmək üçün qapıya yaxınlaşdı.
O hələ də heç nə eşitmirdi. Birdən qapı açılanda Ceyran az qala yıxılacaqdı ki, Tufan onu belindən tuttu. "Diqqətli ol" Tufan ona göz vurduqdan sonra, keçib, divanda oturdu. "Mən diqqətliyəm narahat olma"
"Qapıdan mənə qulağ asırdın?"
"Yox nə əlaqə?"
"Anladım"
Tufan bıyığaltı gülürdü. Ceyran isə əsəbləşib, keçib divanda oturdu.
"Danışdın gözəlinlə?" Ceyran bu sualı kinayə ilə vermişdi. Tufan masadaki meyvə qabından üzüm götürüb, ağzına attı. "Danışdım gözəlimnən"
Görünür, Tufan bu vəziyyətdən əylənirdi.
"Yaxşı elədin"
Tufan özünü güclə tuturdu gülməmək üçün. Ceyran isə az qala əsəbindən Tufanı boğa..
Birdən Ceyranın telefonuna zəng gəldi.
Əsəd kişisi arıyor..
Ceyran telefonu götürüb,açdı.
"Alo canım? Yaxşıyam mən sən necəsən? Haralardasan? Axtarıb tapmırsan heç. Aa doğurdan? Xəbərim yox idi. Yaxşı ona sabah görüşürük. Tamam byee öpdüm"
Zəng bitdikdən sonra, Ceyran telefonu masaya qoydu.
Tufanın üzündəki gülümsəmə yox olmuşdu nədənsə.. "kim idi?" Dedi Tufan ciddiyyətlə.
"Sənə nə?"
Ceyran ayağa durub, getmək istəyəndə Tufan onum qolundan tuttu.
"Ceyran deyirəm ki kim idi?"
"Mən də deyirəmki sənə nə? Nəyə görə hesab verməliyəm ki?"
"Ərinəm mən sənin."
"Kağızda evli olduğumuzu unuttun deyəsən"
"Fakt odu evliyik və mən sənin ərinəm. Kim idi zəng eliyən?"
Ceyran onun qolundan qurtulmağa çalışdı. "Tufan burax gedim"
Tufansa onu buraxacaq kimi görünmürdü. "Sualıma cavab ver buraxım"
"Sənə gözəlim adlı şəxs zəng edir mən soruşmuram kim idi. Bəs sən niyə soruşursan?"
Ceyran onun gözlərinə hiddətlə baxırdı. Bir-birlərinə o qədər yaxın idilərki, bir-birlərinin nəfəslərini hiss edirdilər..
"Anam idi."
Ceyran bu cavabı eşitcək üzündəki gülümsəməni gizlətməyə çalışdı.
"Əsəd idi"
Tufan isə bu adı eşitcək əsəbi ikiyə qatlandı. "Hə o makaronbaş?"
Deyib, Ceyranın qolunu buraxdı.

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin