8

8 3 3
                                    

8-Cİ FƏSİL
Saat 4 idi. Hava hələ işıqlanmamışdı.   Gəray Bəyli gecəni bacısıgildə keçirmişdi. İndi də günlük  rutininə əsasən,  4-ün yarısı oyanmış, səhər idmanını etmişdi.  Evdəkilər hələ oyanmamışdılar.   Buna görə  də, Gəray Bəyli aşağı düşüb bacısı və bacısı oğlunu narahat etmək istəmirdi.Qaldığı o-taqdakı masada əyləşib kağız və  qələm  götürdü.  Kağızın başına “ŞÜBHƏLİLƏR” yazdı. Sonra bir az fikrə daldı və əlavə etməyə başladı:
“ 1. Tayfun;
   2. Harun;
   3. …”

Əlini saxladı. Sonra dünən bacısının ona danışdığı, amma Həsənin danışmadıqlarını xatırladı.  Əgər Şəmslə araların-da bir şey olmamışdısa, niyə bunları danışmamışdı dayısı-na. Bir az daha düşündükdən sonra yenidən əlavə etdi:
“Həsən”
Bu elə bir məsələ idi ki, hamıdan şübhələnmək  lazım  idi. Həsəndən də şübhələnmək lazım idimi?Axı Gəray Bəylini elə bura o özü çağırmışdı.  Axı  İncinin  qatilinin tapılması üçün çalışırdı o da. Gəray Bəyli bunları düşünürdü:             “Həqiqətən də, Həsən İncini sevirdi, ya tökdüyü sadəcə ti-msah göz yaşları idi? Bəs İncini öldürə bilərdimi?Əgər öl-dürsəydi, məni niyə çağırardı. Yox, etməzdi. Amma…Bəl-kə,şübhələri üzərindən atmaq istəyir?Amma o da bilmirmi ki, mən nə olursa olsun, araşdırdığım bütün işlərdə müvə-ffəqiyyət qazanmışam? Bilirdi .  Bunu bilirdi və  elə  bunu bildiyinə görə də İncini öldürməzdi.  Öldürsəydi  də, məni bu işə yönəltməzdi”.                                                               “Həsən” yazısının yanına  “?” əlavə etdi.  Sonra “Harun”u haşirəyə aldı.Harun. Harun niyə vardı bu siyahıda?Harunu niyə əlavə etmişdi Gəray Bəyli bu siyahıya?Harun ki,qızı-nın ölümündən necə sarsılmışdı! Gəray Bəyli qələmi  yerə qoyub masadakı su bidonunu götürdü və stəkanına  yarıya qədər su əlavə etdi.Suyundan bir qurtum alıb stəkanı yeri-nə qoydu. Sonra yenə düşünməyə başladı:                         
“Əgər  Tayfun  yalan  demirdisə, onda  Harun da şübhəli- dir.  Tayfuna inanmaq düzgün idimi bu situasiyada?  Xeyr, əlbəttə. İncinin qatili odursa, hər cür yalana əl atacaq.Har-unu çoxdan tanıyıram.O, Çinarəyə xəyanət edə bilərdimi? Axı mən onu elə tanımamışam.Mən öz bacımla bacım oğ-lunu da ona əmanət etmişdim.  Çünki ona güvənirdim. İn-di şeytan Harunu yoldan çıxara bilərdimi?  Bunları öyrən-məyin tək bir yolu var idi: Harunla danışmaq. Gün çıxsın, Həsən oyansın. İlk işim Harunla danışmaq olacaq”…           Bayırda par-par parıldayan günəşin şüaları otaqdakı divar-larda göyqurşağı rəngləri yaratmışdı.Otaqda Gəray və Ha-rundan başqa kimsə yox idi. Gəray Bəyli Haruna baxdı və baxışlarını bir anlıq pəncərəyə yönəltdi.  Bayırda artıq gü- nəş çıxmışdı, amma otağın içində gərginlik getdikcə artm- aqdaydı. Gəray sakit, amma sərt bir səslə dedi:        “Harun,dünən gecə çox düşündüm. Tayfun mənə bəzi şey-lər  danışdı. O, səni başqa bir qadınla görüb.  O  anda  İnci də orada olub… Sizə şahid olub”.                               Harunun rəngi birdən dəyişdi.  Gözləri  həyəcanla  doldu ,  amma  özünü  tez  toparladı. Dodaqlarını  sıxaraq  sərt  bir  tonda cavab verdi:                                                            “Bu, cəfəngiyyatdır! Tayfun qələt eləyir.  Mən  heç vaxt… Mən Çinarəyə xəyanət etməmişəm!”.                           Gəray sakit, amma diqqətli baxışlarla Harunu izləyirdi. O-nun  qəzəbi və gərginliyi hər sözdə  hiss  olunurdu.  Lakin Gəray təmkinini pozmadan davam etdi:                    “Harun,  İnci  səni  başqa bir qadınla görüb.  Tayfun  bunu təsdiq etdi. Hələ də etiraf etməyəcəksən?”.                Harun səsini qaldırdı, qəzəblə yerindən qalxdı:          “Mən sənə,  bacına,  bacınoğluna  həmişə  arxa  olmuşam.  Sən isə  indi  məni  belə  bir  cinayətdə  günahlandırırsan?  Tayfun yalan danışır! Mən heç vaxt Çinarəyə  xəyanət  et- məmişəm!”.                                                                  Gəray isə sakitliyini qoruyurdu,  Harunun  bu  qəzəb  dolu reaksiyasına qarşı daha sakit bir səslə cavab verdi:     “Mən sadəcə həqiqəti tapmağa çalışır…”                   Harun birdən masaya yumruğunu vurdu,gözlərindəki qəz- əb tam aydın idi.                                                       “Mən...mən heç vaxt qızımı incitməmişəm! Bəsdir artıq!”. Gəray bu reaksiya qarşısında geri çəkilmədi və sərt bir sə-slə dedi:                                                                     “Harun, hər nə olursa olsun, mən bu işi belə qoymayacağ-am.  Həqiqət ortaya çıxacaq. İnci üçün”.                    Harun dərin bir nəfəs aldı və üzünü yana çevirdi.  Bu söh- bətin bitdiyini düşündü,  amma Gəray Bəyli işin daha yeni başladığını bilirdi. Həqiqət bir addım uzaqlıqda  idi,  lakin o addım atılmalıydı.                                                                   Harun  məktəb binasını tərk etdi.Küçə darvazasında daya-nıb bir gilə siqaret çıxardı və ağzına apardı. Bir az  o  yan-bu yana göz gəzdirdikdən sonra  sağ  cibindən  telefonunu
çıxardı. “Kontaktlar” siyahısından “Həsən”i axtardı və zə-ng etdi. Bir neçə saniyə çatdıqdan sonra Həsən dəstəyi aç-dı: “Hə, dayı, buradayam. Çıxmısan?”.                                “Hə, Həsən. Gəl darvazanın qarşısına, məni götür.  Gedək polis bölməsinə, vacib iş var”…

SON ZƏNG Where stories live. Discover now