Sənan evə girib, heç kimə görünmədən otağına keçmək istəsə də alınmadı.
- Sənan nolub sənə?
Sənan Elçinin təlaşla üstünə atıldığını görüb, cəld geri çəkildi. Onun ağzından turtub, pıçıldayaraq:
- Sus, sus... heç nə olmayıb, sən get işinə.
Elçin onun elindən qurtulub, səsini çıxara bilməsə də gec idi artıq. Sənan hər kəsin qonaq otağından çıxıb, ona baxdığını gördükdə təslim oldu.
Qonaq otağında hər kəs divana əyləşmiş Sənan baxırdı. Paltarı dağınıq və toz içindəydi. Üzündə kiçik yaralar vardı. əllləri isə yüngülcə qızarmışdı.
- Sən dava elədin yenə? Inana bilmirəm.
Sənan Samirin onu kiçik görən baxışlarına dözə bilməyib, əsəbi şəkildə:
- Necə yəni yenə? Guya hər gün dava edib gəlirəm.
- Əslində Süsən bacı gələnə kimi eləydi. Amma o gələndən bəri heç dava eləmədin. Indi birdən-birə nolduki?
Sənan Süsənin adının çəkilməsi ilə daha da əsəbləşib, yumruğunu sıxaraq:
- Çünki o ifritə hər gün əsəblərimin son damlasına qədər sovurduğundan, başqa adamlara qarşı “sevgi yumağı” halına dönürdüm. Yavaş-yavaş sənə çevrilirdim.- deyib, dəhşətə düşmüş kimi Elçinə baxdı.
Elçin dodaqlarını sallayıb, küsmüş kimi baxarkən Süsən də gəlib Sənanın başı üstündə dayanmışdı. Ikisi də bir-birlərinə diqqətlə baxırdı. Sonunda Süsən quru bir səslə dilləndi:
- Sınıq var?
- Yoxdu.
- Çıxıq?
- Yox...
- Heç olmasa daxili qanaxma və ya 5-6 tikiş? Yoxsa bura gəlməyə belə dəyməyəcək.
Sənan dişlərini qıcıyıb, əsəbini güclə saxlayaraq:
- Yoxdu anormal ifritə. Sap-sağlamam. Sən gəbərməmiş mənə heç nə olmayacaq.- deyib, oğlanlara dönərək:
- Gördüz? Indi dünya daha parlaq, göydə çəhrayı buludlar var və hamınızı qucaqlamaq istəyirəm. Bu iyrənc! Bir dəqiqə bu kimdi?
Hər kəs Sənanın göstərdiyi yerə dönüb, qarşıdakı kresloda oturmuş qıza baxdı. gözlərindəki eynək, əlindəki kitab və üzündəki ciddi ifadə ilə olduqca soyuq görünürdü. Qız Hər kəsin ona baxdığını hiss edib başını qaldırdı. Eynəyini düzəldib:
- Salam. Mən Məhəbbət. Tanışlığımıza şadam.
Sənan qızın son dərəcə soyuq dediyi sözlər qarşısında donub, sadəcə başını tərpədə bildi. Elçin isə qıza gülümsəyərək baxıb, Sənan çevrilərək:
- Nişanlımdı. Nə şirindi hə?
Sənan nə deyəcəyini bilmədən bir Elçinə, bir Məhəbbətə baxdı. hardan baxırsan bax bir-birlərinin əksi olduqları bəlli idi. Sənan Elçinə yalandan gülümsəyib, cəld doğru olub-olmadığını öyrənmək üçün oğlanlara baxdı. Elnurla Samir də başlarını yelləyib təsdiqlədilər. Sənan saçlarını qarışdırıb, pıçıldadı:
- Bir də möcüzələr yox idi. al sənə möcüzə...off.
Sənan qucağına düşən flakonun ağrısıyla ofuldadı. Başını qaldırıb, ona pampıq paketini uzadan Süsəni gördü. Gözlərini əsəbi şəkildə qıyıb:
- Pampığı atıb, yodu versəydin nolardı?
- Nə bilim, ağrımazdın?
Sənan ayağa qalxıb, Süsənin qarşısına dikildi. əsəbi şəkildə nə isə demək istəyirdi ki, Məhəbbət ikisinə baxıb dilləndi:
- Siz? Düzdür məni əlaqədar etməz, lakin sevgili olduğunuzu düşündüm nədənsə.
Sənan dediklərindən heçnə anlamadığı Məhəbbətə diqqətlə baxıb, çiynini çəkərək:
- Tək anladığım sözə cavab verəcəm: sevgili deyilik.
- Aha. Anlayıram. Onsuzda belə kobud bir qızla sevgili olma ehtimalınız çox aşağı idi. mənim xətam.
Sənan öncə:
- Həm də necə kobud.- desə də, Məhəbbətin nə dediyini anlayıb cəld:
- Yəni kobud olmadığı vaxtlar da var.
Məhəbbət bu dəfə Süsənə dönüb:
- əlbətdə heç bir qızda tez əsəbləşib, dava yaradan bir tipi istəməz.
Süsən cəld razılaşırmış kimi başını yelləyib:
- əlbətdə! Amma... Yəni bu axmaq tez əsəbləşsə belə, özünü saxlamağa çalışdığı vaxtlar da olur.
- Aha. Və səliqəsiz geyimi, qıza yaraşmayan sərt hərəkətləri, incəlikdən yoxsul olan bir qızın nə kimi cəlbedici tərəfləri ola bilərki.
- Süper! Hamsını bildin. Amma... Yeməkləri gözəl....haqqını yeməyək çox gözəl bişirir, yalan danışmağı bacarmayacaq qədər səfehdi, birdə inanmazsan hələ də balaca uşaqlar kimi cizgi filmlərə baxır... Ona o gic-gicə cizgifilmərə aid bir şey ver, elə sevinəcək ki..
Süsən də Sənanın sözünü yarıda kəsib:
- Hələ bu axmağın davranışları. Ancaq “acam” deyə bağıra-bağıra gəzir. Bir səhv iş görəndə uşaqdan fərqi yox. Birdə üzr istəməyə çalışarkən elə davranır ki...
Sənan Süsənin ağzını tutub, şübhəli gözlərlə Məhəbbət və Elçinə baxdı.(müəllif: Cəmilə Məmmədli) ikisi də gözlərini dikib, diqqətlə onları dinləyirdi. Hətda Elçin hiyləgər bir gülümsəmə ilə “ davam edin, danışın” deyib Sənan baxdı. Sənan ikisinə də qəzəblə baxıb, Süsəni buraxmadan:
- Nə etdiyinizi başa düşdüm, amma düşündüyünüz kimi deyil! əsla da ola bilməz!
Oğlanlar Sənana gülümsəyərək baxıb, inanmadıqıarıını bəlli edən bir ifadə ilə “hı hı” deyib, gülmələrini saxlamağa çalışırdılar. Sənan hamsına öldürəcəkmiş kimi baxıb, Süsəni də özüylə sürükləyərək otaqdan çıxdı. Dəhlizdə Süsən onun əlindən qurtulub, heç nə anlamamış şəkildə:
- Noldu ki?!
Sənan gizlicə otağa boylanıb, Elçinlə məhəbbətin əl çırpamasına baxaraq:
- Nolacaq, o cırtdan özü kimi çoxbilmiş nişanlı tapıb. Ikisini yandırasan, dünya bicliklərindən qurtula.
Süsən heç nə anlamamış kimi çiynini çəkib, Sənanın biləyindən tutaraq çəkməyə başladı.
- Ey, hara aparırsan?
- Kəs səsini. –deyən, Süsən onu mətbəxə gətirdi. Biləyini buraxıb, şkafdan bir paket çıxardı. Sənan uzadıb:
- Yapışdır.
Sənan Süsənin əlindəki yara yapışqanlarını alıb, ona baxdı. Süsən qollarını çarpazlayıb, yapışdırdığına əmin olmaq üçün ona baxırdı. Sənan çarəsiz şəkildə paketin birini açdı. Üzündəki yaraya tuşlamaq istəsə də, əyri yapışdırmışdı. Bunu görən Süsən dərindən “ of” çəkib Sənan yaxınlaşdı. əlindəki pakətləri şəkib, özü birini açdı. Sənanın üzünə daha da yaxınlaşıb diqqətlə yapışdırmağa çalışdı. Sənan ona rahat olsun deyə üzünü çevirsə də, üzünü görə bilirdi. Əslində Süsən o qədər də çirkin sayılmazdı. Bunu ona bu qədər yaxın olan Sənan indi anlayırdı. Uzun kiprikləri, duz burnu, dolğun dodaqları vardı. Sənan ondan biraz hündür olduğundan gözlərini görə bilmirdi, lakin üzündən gözlərini də çəkə bilmirdi. Beləki Süsənin ikinci yapışqanı yapışdırmağa çalışdığını belə anlamamışdı. Süsən onun üzünü tərpətmədiyini görüb, pışıltıyla:
- Digər tərəfə dön axmaq.
Süsənin əmrinə qeyri-iradı uyan Sənan, çaşıb qalmışdı. Süsənə bu qədər yaxın olmaq, nəfəsini üzündə hiss etmək, əllərinin üzündə gəzməsi...hər şey onu sehirləmiş kimi idi. özünü güclə saxlayıb, gözlərini yumdu. Bunun tez bitməsi üçün dua edirdi, çünki birazda keçsə edəcəklərinə cavabdeh deyildi. Süsən əlindəki son paketi də işlədib, Sənanın üzündə qalmış yaraya baxdı. Sənan onsuzda ətini kəsirlərmiş kimi özünü sıxıb, gözlərini bərk-bərk yummuşdu. Yanağına dəyən isti və yumşaq bir şeyi hiss edib, cəld gözlərini açdı. Süsən ondan biraz kənara dayanıb, heç nə olmamış kimi çiynini çəkərək:
- Yapışqan qurtardı. Nənəm həmişə hər yaranın öpərək sağaldığını deyir.
Sənan ilk öncə Süsənin nəyi nəzərdə tutduğunu anlamayıb boş-boş baxsa da, onu öpdüyünü dərk edib cəld əli ağzını tutdu. Bu təəccübdən qışqırmasına mane olsa da, gözləri hədəqəsindən çıxacaq qədər geniş açılmışdı. Süsən onun bu halına heç nə anlamamış kimi baxıb:
- Nəysə. Gələn dəfə diqqət et başına vurmasınlar, onsuzda azca ağlın var, o da uçar gedər.- deyib, Sənanın hələ də əli ağzında başını yelləməsiylə mətbəxdən çıxdı.
Sənan onun çıxması ilə əlini çəkib, dərindən nəfəs alaraq pıçıldadı:
- Bilməyərək eləmədi hə? amma bilməyərək edəcək qədər anormaldı. Of.
Əlini üzünə aparıb, səfəhcəsinə bir gülümsəmə ilə:
- Bu an o yeriyən tabutu öpə bilərəm.- deyib, nənəni xatırladıqdan sonra:
- -yox, o qədər də yox...
Bakının mərkəzindən uzaq kafelərindən birində əyləşən Aysu, gözlədiyi adamın gəldiyini görüb cəld ayağa qalxdı. Onunla salamlaşmadan:
- Nə oldu?
- Nə olacaq? O canavardı, qarşısında dayana bilən yoxdu.
Aysu əsəbi şəkildə özünü stula atıb, qışqırdı:
- Bəs ondan necə qurtulaq e? O yanındadı deyə bu axmağın gözü açılmağa başlayır. Nə gəşəng dolanırdı da oğlan kimi.
- Hə. o var deyə, mənim də planlarım pozuldu.
Aysu dırnaqlarını çiynəyib, dodaqaltı:
- Belə getsə bu qız pal-paltar, qır-qızılda istəyər. Leyla xalamda bizə verdiyi pulları kəsib, hamsını o anormala yedirdər. – pıçıldayıb, gözlərini qarşısna dikib ağlına bir şey gəlmiş kimi gülümsədi:
- Təkcə onların hamsın pərən-pərən salmalıyıq. Ondan sonra o ifrtiə qartımış nənəsiylə kəndə-filan gedər. Mən də burda Leyla xalamın pulları ilə kef çəkərəm. Elə bəlkə sən də.... bu dəfə alındı?
Ayaz Aysuya gülümsəyərək baxıb, özünə əmin şəkildə:
- əmin ol, onlar olmasaydı mən çoxdan Leyla xanımın pulları ilə evli idim. Amma o əclaf və küçükləri mane oldu.
- Onda razılaşdıq xalaoğlu. Nə yolla olursa olsun onları pərən-pərən salırıq.
Bir tərəfdə hələ yeni-yeni nə isə anlamağa başlayan cütlük, digər tərəfdə məqsədləri və necə edəcəkləri çoxdan bəlli olan cütlük. Bu dünyada insanı hər şey etməyə məcbur edə biləcək iki qüvvə var- sevgi və pul. Hansını əldə etmək və qorumaq daha asandı?
YOU ARE READING
Ən gözəl"sən"!
RandomBir manqa, anime və live action olan "Yamato Nadeshiko hichi henge" dən təsirlənərək yazılmışdır. Qeyri-adi bir qız, qeyri-adi oğlanlar və qeyri-adi əyləncə.