İndi mən, otağında qurumuş çiçək kimiyəm,
Heç mənə yaxşı baxmırsan
Məktubdaki əlvidalardan fərqim yoxdu, çox soyuqam
Heç bir yara sarğısı kömək etmir,
Iradəm də yoxdu daha dirənməyə
Unudulmuş qəbr kimi hiss edirəm
Atasız uşaqların yanında atam varmış kimi davrana bilmədim,
Daha doğrusu, varlığı incitmirmiş kimi saxlana bilmədim.Və bir heç'əm
Tükənmişliyin dibinə enmiş kimi hiss edirəm
Çox rəngsizəm
Yazdığın şeirlər kimi, oxunmadıqca dəyərsizləşirəmPəncərənin arxasında qaranquş çırpınışı kimi çarəsiz qalıram,
Yaşlı bir ananın övlad acısı qədər yanıram
Siqareti içimə çəkdim az öncə, dumanı həps elədim içimə
Sanki 3 aylıq hamilə bir gənc qızın daha doğulmamış körpəsi ilə vidalaşması idi bu.
Düşünülməmiş söz kimi ən öncə atılıram ortaya,
Boş bir "ev" kimi, xəyal pəncərəmi toz örtmüş sanki illərdirBir ateistin içində gizlənən Allah kimiyəm
Biraz qorxaqam və şübhəlidir sağ qalmağım
Bir hədiyyə qutusu kimi önəmsiz hiss edirəm,
Tələsirəm tən ortadan bölünməyə
Halbuki, cəzb etmək üçün idi üstümün bəzəyiÜrəyimi istədi
Düşünmədi ki, daşıyan daha da sevilməyə möhtacdır
Ən yaralı yerim qabıq bağlamaz, bilirəm
Qanadıqca qanar
Acısını hiss edəcək qədər canım yanarBiz yarpağın tökülməsinə sevinib ən gözəl mənzərə hesab etmişdik payızı
Indi ise tam da yazın ortasında, bütün ağrıların səbəbidir yazmağım.Bir əsgər yuxusu kimi həsrətindən təsəllidir xəyal qurmaq
Və biz, bizi biz etməyən ən qürurlu hiss olan yalnızlığı seçdik
Yorğan altında hönkürtü vuran balaca uşaq kimi sıxılıram ruhən
Və şikayət edəcək özümdən başqa heç kimim yoxdurYa darıxıb tək qalıram
Ya da təklikdən darıxıram, anlamıram.
YOU ARE READING
Xeyallar&Gerçekler
Romance"Sen boş ver sevgilim, onsuzda her kes oxumaq istediyi cümleleri seçib götürür. Kimin neyine lazım, ağrılı setrler?"