Bəzi gecələr sən pəncərəni örtüb getdikdən sonra eyni yeri izləməyə davam edirəm. Pəncərədə duran cisminin xəyalı gözlərimin qabağından getmir. Beynimdən dəlilikdən ibarət onlarla düşüncə keçir.
Pəncərəndən içəri girmək və yanında oturaraq küçədən düşən xəfif işığın üzündə yaratdığı izlərə, uzun, incə barmaqlarının buğumlarındakı bəyazlıqlara baxmaq istəyirəm.
Gecələr yatağıma girəndə görünməz olmağı və beləliklə hər anında yanında ola bilməyi diləyirəm.
Digər bütün məntiqli düşüncələr beynimin kiçik bir küncünə sıxışıb qalıb. Səninlə bağlı olan fikirlər isə gündən - günə zehnimi daha da işğal edir.
YOU ARE READING
Pəncərə
Short StoryBütün gecələrdən fərqli olmayaraq bu gecə də küçə lampasının gur işığı pəncərədən baxan oğlanın kədərli simasını aydınladırdı. Və yenə də qarşıdakı binanın bağlı pəncərəsinin ardındakı bir cüt göz onu izləyirdi. Qeyd : 2016-da yayınlandığını, hətta...