☆9★

316 52 18
                                    

"-Sən mən tərəfə baxma...
Mən, sənin baxdığın tərəfdəyəm.."

Deməyə sözləri yox idi sanki heç birinin. Tofiqin həyəcandan dili tutulmuş, sözlər boğazında düyünlənmişdi. Bu təsadüf idimi? Yoxsa həyatın işi idi? Aylardan sonra sevdiyi qızın onu bu vəziyyətdə görməsi, Tofiqin heç də ürəyini açan mənzərə deyildi. Ayağından gələn sızıltılar, sancılar kəsmişdi. İndi onun ürəyinin ağrısı digərlərinin üzərində hökmranlıq edirdi. O, daha gözəl bir şəraitdə xəyal edirdi ilk görüşü. Amma artıq gec idi. Əsas olan sevdiyi qızın onun qarşısında olması idi. Artıq aralarındakı buzdan divarlar ərimişdi. Tofiq artıq Səlimənin "sən kimsən?",  "burada nə işin var?"- kimi suallarına cavab vermək məcburiyyətində idi. Səlimənin sual dolu baxışları Tofiqi həyəcanlandırmağı bacarmışdı. Nəhayət özünü və fikirlərini topladı...

Səlimə isə son günlərdə çəkdiyi əzabdan, çəkildiyi sakitlikdən, tənhalıqdan uzaqlaşaraq hasardan yıxıldığını öz gözləri ilə gördüyü, son vaxtlar tez-tez gözə dəyən bu cavan oğlanın kim olduğunu öyrənmək üçün səbsizlənirdi. Amma nədənsə bu dəfə onun sual yağışlarından bir küncə sıxılaraq qorunmağı bacaran, susmağı seçən bu oğlan Səlimənin ilk baxışdan xoşuna gəlmişdi. Onu gördüyü son 6 dəqiqə ərzində Səlimənin ürək döyüntülərinin ritmi də dəyişmişdi hətta.
-Mən...
-Hə. Sən?
-Mənim adım Tofiqdir.
-Çox gözəl Tofiq. Bəlkə artıq deyəsən burada nə gəzdiyini. Sənin o hündür hasarın üstündə nə işin var idi ki, indi də bu vəziyyətə düşmüsən. Ayağını yaralamısan deyəsən. Qoy baxım..

Səlimə aşağı əyilib dizi üstə oturdu. Asta hərəkətlərlə Tofiqin sol ayağını tutdu. Ayaqqabısını çıxartdı. Şalvarını bir az yuxarı çəkdi və topuğuna toxundu:
-Sssszzz...
-İncidir? Ayağın çox şişib Tofiq,  deyəsən topuqdan çatlayıb. Burada bizim bir yaşlı həkimimiz var. Gözlə gedim onu çağırım. O baxsın ayağına..
-Dayan.  Getmə. İstəmirəm kimsə məni burada görsün. Sonra səhv başa düşərlər. Həm də ayağımın ağrısı sən toxunandan sonra keçdi. İndi harda var dostum gələcək. O kömək edər, aparar məni buradan.
-Yaxşı, necə istəyirsən. Amma hələ də demədin.
-Bilirsən Səlimə...
-Adımı haradan bilirsən?
-Mən 2-3 aydır ki, bura gəlib gedirəm. Bax, o yıxıldığım hasarın üstünə çıxıb bir nəfər üçün baxıram. Ta onu görməyincə oradan düşə bilmirəm.
-Kimdir o?
-Sən!

Səlimə qulaqlarına inanmadı. Tofiqin son sözü dəfələrlə Səlimənin qulaqlarında səsləndi. Mən?! Bu oğlan mənə görə gəlirmiş bura? Məni görmək üçün çıxıb o hasarın üstünə? Mənə görə yıxılıb? Ayağı mənə görə zədələnib? Axı... Mən...

-Bilirsən Səlimə, bir neçə ay əvvəl sizin uşaq evinə yardım maşını gələndə, oradakı yükü boşaltmaq üçün mən də gəlmişdim. Onda gördüm səni. Düz yanımdan gəlib keçdin. Yanında bir qız da var idi. Qoluna girmişdi.
-Sevinc... (ağzını əlləri ilə tutdu. Gözləri yaşardı.)
-Hə. Sevinc. Sonradan eşitdim onun başına gələnləri. Allah rəhmət eləsin...
Səni gördüyüm o gündən bu günə qədər mən bir gecə belə olsun rahat yata bilməmişəm. Gözümü yumduğum anda səni görürdüm. Amma heç cürə cəsarətimi toplayıb bunları sənə etiraf edə bilmədim. Sonra da Sevinc... Ondan sonra da sənə nəsə deməyin bir önəmi yox idi. Mən də ancaq kənardan sənə baxmaqla kifayətlənirdim. Həmişə də yaxşı alınırdı əslində. Rahatca çıxırdım, düşürdüm. Bu gün nədəsə səhv elədim yəqin, yıxıldım.. (gülümsəyir).
-Yox mən elə deməzdim. Ayağını zədələdin, düzdür. Amma əvəzində isə biz tanış olduq. (utanaraq başını aşağı əyir).
-Yaxşı ki, tanış ola bildik. Yoxsa məni bu hasarların üstündə canım çıxacaqdı.
-Elə demə...

ZAVALLI   Where stories live. Discover now