Üzərində sərt,soyuq,qaranlıq qışın hökm sürdüyü Təbiət. Bəli, Təbiət , hekayənin baş qəhrəmanı.
Təbiət bu soyuq qış gecələrində hər şeydən uzaq,tənha və qəmli idi. Özünə elə qapanmışdı ki, özündən başqa heç kəs onu öz dərinliyindən çıxara bilməzdi. Haqsız da deyildi. Öz daxilində düşdüyü bu quyunu sevdikləri qazmışdı. Qırılan ümidlər, xəyallar, arzular ...
Amma o, bu zülməti sevirdi.. Artıq doğmalaşmışdı...
Düzü mən həmin aylarda ətrafda çox da dolanmadığım üçün Təbiətin nə etdiyini tam olaraq bilmirdim. Bəlkə də təbiət özü belə istəmişdi. O, özünə qapanarkən heç kəs ona yaxın ola bilməzdi. Onsuz da,o, dərdini danışsa belə anlayan olmazdı. Amma sizə bu bölüm məsləhətim :
"Dərdlərinizi bölüşün. Sizə çarə tapmazlar , amma, rahatlaşarsız bir qədər yükünüz azalar. Sadəcə bunu güvənə biləcəklərinizə edin Yoxsa, o yükü daha da ağırlaşdırıb yerlə bir edərlər. "Unutqanlıq" kimi güvənsizlərlə dərd bölmək olmaz".
Təbiət əslində çox gözəl idi. Bu haqda danışıb özümü yormuram. Çünki, sözlərə sığmayacaq bir gözəlliyi sözlə təsvir etmək sadəcə məni yorar.
Mən onu heyranlıqla izləyirdim. Bacardığım da, yalnız bu idi. Nə onu başa düşə, nə də, dərdini öyrənə bilərdim. Amma onu sadəcə izləyə bilmək də, bir lütf idi.
Təbiət qışa bu qədər öyrəşmişkən ...
ŞİMDİ OKUDUĞUN
Qarışqanın gördükləri ✓
Random"O qarışqanı belə incitməzdi cümləsindəki qarışqanı incidən "belə" sözü"...