adlijoz

salam, sadiq Wattpad oxucuları! kimin yadındayam, kimin yox, bilmirəm. bildiyim tək şey var ki, yavaş-yavaş buradakı aktivliyi bərpa etmək istəyirəm.  elə bu bərpaya "Danışır Bakı" seriyası ilə başlayacam
          	
          	https://www.wattpad.com/959011092-dan%C4%B1%C5%9F%C4%B1r-bak%C4%B1-ham%C4%B1m%C4%B1za-s%C3%BClh-b%C9%99zil%C9%99rimiz%C9%99-at%C9%99%C5%9Fk%C9%99s

adlijoz

Fotoreportaj fotoqrafiyanın növü olduğu kimi, incə işlənildiyi təqdirdə incəsənət əsərinə çevrilə bilər. Şübhəsiz, burada seçilən mövzunun, kadrların da əhəmiyyəti böyükdür. Amma nə fərqi var ki, fotoqrafın əlləri kamera ilə illərdir tanışdırsa, obyektivin belə bir əhəmiyyəti qalmır.
          
          Eynilə Eugene Smithin yaradıcılığında olduğu kimi. 1948-ci ildə ərsəyə gətirdiyi “Kənd həkimi” fotoreportajı fotoqrafiya tarixinin ən yaxşılarından hesab olunur. Eugene Smith yaradıcılıq dəsti-xətti qədərilə fotolardan film səhnələri çıxartmağı çox sevən, hər kadrını mükəmməl şəkildə təqdim etməyin dərdində olan fotoqrafdır.
          
          Dövrünün nəhənglərindən olan “Life” jurnalı üçün 23 gün kənd həkimi – Dr. Ernest Ceriani ilə birlikdə həyat keçirmiş, onun hər anında onu izləyən kölgədən fərqlənməmişdir. Fotoreportajda belə bir reallıq var ki, işlədiyiniz mövzu üzərində nə qədər çox vaxt keçirsəniz, ətrafa nə qədər bələd olsanız, artıq şəkil çəkərkən özünüzü görünməz hala gətirmiş olursunuz. Nəticədə, kadrlar da çox təbii və həqiqi alınır. Həkim deyir: “O, həmişə hazır olurdu. Həmişə kölgələr içində gizlənirdi. Mən sadəcə giriş verir və öz işimə qoyulurdum”.
          
          https://theabbaslieffect.wordpress.com/2019/03/05/eugene-smith-kend-hekimi/

adlijoz

1990-2000-ci illər uşaqlarının Azərbaycan musiqisindən addım-addım qaçdığı dövrləri yaşayırıq. Bir çoxu retro mahnılarımıza tərəf qaçaraq yaşadığı əsri və ölkəsinin musiqi mədəniyyətini unutmağa çalışır: Şövkət Ələkbərovaya qulaq asaraq bozbaş musiqilərini, Elxan Əhədzadəyə, Polad Bülbüloğluya, Oqtay Ağayevə qulaq asaraq ara mahnıların varlığını öz dünyalarında rədd edirlər. Emin Sabitoğlu? Fikrət Əmirov? Qaya? Rəşid Behbudov? Rast? Hə, hə, hamısı və daha çoxu!
          
          Azərbaycan roku uzun illərdir yetim qalıb, bildiyimiz kimi. “Yuxu”, “Sirr”, “Coldünya”, “Spark”, “Tac” kimi qruplar tarixi bəzəsələr də, özlərindən sonra yerlərini dolduracaq varisləri yetişməmişdi. Məhz elə bu vaxtlar bizim gənclər qulaqlarına elektronik gitar, bass səsinin gəlməsini istəyir. Axı onlar rok acıdırlar! Bir şey ki, Azərbaycana heç dünyaca məşhur rok qrupları konsert verməyə belə gəlmir. Qardaş deyib bağrımıza basdığımız Türkiyə isə 2003-dən bu günə qədər əfsanəvi Rock’n Coke rok festivalına və daha neçələrinə ev sahibliyi edir. Bu gün də The Animals qrupunun orada konserti var, bəli.
          
          Amma nə yaxşı ki, bu rok aclığı Azərbaycanda qlobal problemə çevrilməmiş, arada yeni mahnıları ilə ürəyimizə su səpən qruplar yaranır. Aclığımızı ödəyən qruplardan biri də “The Half”dır (digərləri üçün bax: funk janrında Ahmedowsky Trio, rok janrında Dədə Baba, Meridian, Dezz’n Surreal, Altun Zeynalov Band və sairə).
          
          https://theabbaslieffect.wordpress.com/2019/06/19/the-half/

adlijoz

Sovet Sosialist Respublikaları İttifaqı, yəqin ki, bəzən yaşamaq üçün nə qədər darıxdırıcı bir məkan olduğunu öz pionerlərinə sübut edirdi.
          
          Yanvar 1985-də Kommunist Partiyasının hazırladığı siyahıya əsasən, qərb rok-pank qruplarının SSRİ radiolarında səsləndirilməsi qadağan edilmişdi.
          
          “Repertuarlarında ideoloji cəhətdən zərərli kompozisiyalar ehtiva edən musiqi qrupları və ifaçıların təqribi siyahısı”.
          
          https://theabbaslieffect.wordpress.com/2019/08/29/vandal-rok-neofasist-pank-milliyetci-metal-ssri-senzurasi/

adlijoz

çox depresiv bir anda yenə yadıma düşür buralar. o vaxtkı atmosfer. təəssüflər olsun ki, o vaxtın əjdaha wattpad azərbaycan yazıçıları hal-hazırda biznes, iş, universitet dərdinə düşüb və artıq nə normal yazmaq mümkündür, nə də buraya vaxt ayırmaq. yeni gələnlərin də kitablarını görmürük heç. amma 2014-2017-ci illər ərzində wattpad azərbaycan dövründə nələr etdiksə, nələr yazdıqsa, hələ indi-indi görürəm ki, sən demə biz, əslində, gələcəyə "yatırımlar" eləmişik. darıxdım bura üçün.

albertpaull

@adlijoz  @bahlulhasanli  wattpada Azərbaycanlıları görəndə sevinirəm. Və 1 ilin sonuda gördüm. Azərbaycan bir adam belə yoxdur ki, yazmaq platforumu qursun. Bütün yazarları oraya gəlsə elə məndə. Türkce yazırdım,dedim Azərbaycanlı ne gəzir burda. Sorna sizler görüdüm. Azərbaycanca yazdım. Türk oxuyucularım getti. Azərbaycanlılar isə bura çoxx az halda girir. İş, dərs, prablemler. Wattpad unudulur, bunu görmək isə çox əzab verici hissdi 
Antwoord

sevinjalizadeh

@ adlijoz duyğulandım bu yazını görəndə :( indi heç kim yoxdu 2015dəkilərdən
Antwoord

fuad13

@ adlijoz  o günlər üçün o qədər darıxıram ki 
Antwoord

adlijoz

adlijoz

@Catch_me_moon tam olaraq özümü ABClər marafonunda əsəbləşdirirəm :D təşəkkürlər məsləhət üçün
Antwoord

Catch_me_moon

@adlijoz   Bloqunuzu  izləməyə çalışıram , mənim üçün ziyarət etməsi zövqverici yerdir ) Sizə imtahanlarınızda uğurlar ,  nacizane ve tecrube ile sabitlebmis meslehetim :özünüzü çox əsəbləşdirmeyin A lar B C  lər   marafonunda normal dərslərinizi oxuyun  )
Antwoord

adlijoz

@Catch_me_moon @Catch_me_moon imtahan stressinin ruhumuza təpiklər, şillələr ilişdirdiyi və mənim motivasiya baxımından çökdüyüm bu anda bu mesajınızın nə qədər böyük və gözəl təsiri oldu, inanın özünüz də təəccüblənərsiniz. çox sağolun oxuduğunuz və fikirlərinizi bölüşdüyünüz üçün ) mənim yadıma elə gəlir ki, siz daha əvvəl də bloqumu oxuyub fikir bildirmişdiniz. minnətdaram )
Antwoord