Asılılıq.

15 5 0
                                    

Bu həyatda hər şey bir-birindən asılıdır. Nəinki proseslər hətta duyğular, yaşamın özü, itirilən həyatlar hamısı müxtəlif şeylərdən asılıdır.

Məsələn bir avtobus düşünün. İçərisində ölçüsündən asılı olaraq onlarla bəlkə yüzlərlə insan var. Onlar arasında müxtəlif yaşlarda, yaşamaq uğrunda müxtəlif mübarizələr aparan, normal olaraq ölümdən qorxan, gününə müxtəlif planları və ümidləri ilə başlayan insanlar var. Amma o qədər insanın taleyi bir insanın məsuliyyətindən asılıdır. Tək bir ehtiyatsızlıqda o qədər mübarizələr, xəyallar, ümidlər bir anda yer üzündən silinəcək. Təbiki bu tale məsələsidir, ancaq avtobus sürücüsünündə məsuliyyəti, işini görmə keyfiyyəti bu insanların həyatı üçün böyük əhəmiyyət daşıyır.

Başqa bir örnəklərdə göstərə bilərik. Hətta biraz düşünsək yüzlərlə örnək göstərmək mümkündür. Mən bu səfər sevdiyinə çox bağlı olan birini məsəl göstərmək istəyirəm. O insanın sevinci, ümidləri, yaşam enerjisi bağlı olduğu insanın davranışlarından, baxışlarından və hiss etdirdiklərindən çox asılıdır. Hətta əgər onu həyatının, qəlbinin mərkəzinə qoymuşsa ümumiyyətlə bütün dünyası o adama bağlıdı. Hara baxsa o, nəyi çəksə o, nəyi sevsə o, xoşbəxt olanda o, özünü pis hiss edəndə də o. Həryer də yalnız o. Ondan başqa heçkim yoxdu. Ondan başqa üzəndə, xoşbəxt edəndə yoxdu. İnsan bütün baxış açılarını yalnız ona çevirdiyi üçün nə hiss etsə yalnız ona bağlıdı. Təəsüf ki, belə anlarda beyinin yolları tamamilə qapalı olur, yalnız qəlb və sönmək bilməyən ümidlər insanı bütövlükdə əsarəti altına alır. Bəziləri bunu takıntı bəziləri gerçək sevgi, bəziləri isə məntiqsizlik adlandırır. Sizin necə adlandırdığınızı öyrənmək istəyərdim.

Dostali jste se na konec publikovaných kapitol.

⏰ Poslední aktualizace: Apr 14 ⏰

Přidej si tento příběh do své knihovny, abys byl/a informován/a o nových kapitolách!

HisslerKde žijí příběhy. Začni objevovat