ASLANZADEH "DƏNİZ FƏNƏRİM"

131 12 3
                                    

Yazar: Aslanzadeh
Kitabın adı: "Dəniz fənərim"
Janr: Təsadüfi

Əziz Oxuyucu! Bu kitabı oxuduğumuz zaman ilk öncə sizə sadə, adi fikirlər gələ bilər. Lakin, davamını oxuduğumuz zaman hekayənin bölümlərində özümüzü tapdığımız bir gerçəkdir. Kitabın konkret bir məğzi, mövzusu olmaya bilər, amma, gözümüzü yoran bir çox mənasız sevgicik "roman"larından daha qiymətlidir. Adından da göründüyü kimi "Dəniz fənərim" əslində motivəedici bir kitabdır. Özəlliklə, hər bölümün başlanğıcında yazılan fikirlər mənim çox xoşuma gəldi. Görünür ki, gənc yazarımız daxili aləmi zəngin və şairanə bir insandır. Lakin, ikinci bölümün başında belə bir yazı var :
" Hara getmiş olursan ol, huzursuz olduğun her yer seni rahatsız edecekdir. "

Bu fikri belə tamamlasaq daha doğru olacağını düşünürəm :
" Hara getmiş olursan ol, içində bir hüzursuzluq varsa, hər yer səni rahatsız edəcəkdir. "
Dəyərli gənc yazarımız, bir oxuyucu kimi kitabınızda tənqid edə biləcəyim tək mövzu yazı xətalarınızdır. Özəlliklə də "fikrivi" "qəlbivi" sair kimi sözlərə diqqət yetirsəniz sevinərəm. Kitabın adı yazılma məqsədini tamamlayır.

Axıcılıq:  90/100
Üslubiyyat: 95/100
Yazı qaydaları: 80/100
Mövzu: 95/100


TƏNQİD və TƏHLİLWhere stories live. Discover now