Amneziyak

49 10 0
                                    

Kitabın adı: "Bir amneziyakdan keçmişə qeydlər: Marsa marş!"
Yazar: Amneziyak
Janr: Elmi-fantastik.

Salam, əziz oxuyucular,bu dəfəki hekayəmizin janrı "elmi fantastik" olsa da elmi məlumatlara rast gəlmədiyim üçün, sadəcə, fantastik olaraq dəyərləndirəcəyəm.Yazarlar fərqli olsa da hekayə bizlərə keçən təhlillərdən tanış olan Feminist-rapist dostumuzun "Sözaltı distopiya" hekayəsinin davamı kimi gəldi. Çünki, əsas obraz eynidir. Lakin, bu hekayə digəri qədər uğurlu alınmayıb. Məncə, üzərində işlənsə gözəl olar. Vulgar sözlər olduqca çox işlənmişdir. Bu xoşuma gəlmədi, doğrusu.Çox güman ki, bu hekayə Söz6.com üçün nəzərdə tutulub. Bu günlərdə Wattpadda vulqar sözlərin çox istifadə olunduğu bir kitab daha oxudum. Bu növ kitablardakı küfürləri nəzərə almasaq, olduqca gözəl düşünülmüş və yazılmış ironik hekayələrdir deyə bilərəm.
Bu hekayəmizdə də çox hekayələrdə olduğu kimi yazı səhvləri çoxdur. Özəlliklə, yeni bir cümləyə başlayarkən və nöqtədən sonra mütləq böyük hərflə başlamaq lazımdır. Məncə, bir az daha diqqət göstərin. Qiymətləndirməyə gəldikdə isə, bir oxuyucu olaraq hekayənizə 100 xallıq sistemdə 75xalı laiq görərdim.

TƏNQİD və TƏHLİLWhere stories live. Discover now