FUAD13 "BAĞLANTI"

68 7 3
                                    

Kitabın adı: "Bağlantı"
Yazar: Fuad13
Janr: Elmi-fantastik

Öncəliklə, onu qeyd edim ki, məntiqini və savadını çox bəyəndiyim bir yazardır. Oxuyucuya nəyi necə çatdırmalı olduğunu və insanlarda elmə qarşı necə maraq yaradacağını çox yaxşı bilir (Adam gənc psixoloqdur, bu qədəri təbiidir dediyinizi görürəm 😊) Boş yerə
"ən yaxşı gənc yazar" ünvanına səhib omadığı anlaşılır. Yadınızdasırsa, çox yaxın keçmişdə yazarın elmi fakt və məlumatlarla zəngin
" Period " kitabını müzakirə etmişdik. Bu gün isə oxuyacağınız zaman sizə "wooow" dedirdəcək "məlumatlar dənizi"
"Bağlantı" haqqında yazacam. Əsər olduqca təbii və sadə dillə yazılmışdır. Bütün elmi məlumatlar oxuyucuya yardıcı sujet xətti vasitəsilə çatdırılır. Biz, adətən, keşmişin fantastik filmlərindəki texnologiyaların gerçəkləşdiyinin çox şahidi olmuşuq. Mən əminəm ki, bu əsərdə yazıldığı kimi, bir gün Dünyada və Azərbaycanda da beyin nəqli gerçək olacaq☺. Yazarı yazdığı kitablara görə Dan Browna bənzədirəm bir az. Heyif ki, bu gün, azərbaycanlılar tərəfindən bu üslubda yazılmış kitablara rast gəlmək marsda atmosfetə rast gəlmək kimidir. Mən əsəri hələ tam oxumamışam, çünki,son zamanlar işimdən geriyə qalan sadəcə 5-6saat yuxum var və yazarın kitabları elə maraqlı gəldi ki ,hər axşam 1-2 saatımı onun kitablarına sərf edirəm. Bağışlasın, çox yerlərdə ulduzsuz keçmişəm, amma,hamısını yerinə gətirəcəm. Yenidən kitaba gəlsək, beyinlərarası əlaqə məsələsi məni həqiqətən çox maraqlandırdı. Ümumiyətlə,çox maraqlı kitabdır. Mənim üçün yazarın bacarığı, istedadı və savadı onun çox az olan yazı səhvlərindən daha önəmlidir. Yekun olaraq, kitab bir oxuyucunun gözündə sadəcə 100 xalla qiymətləndirilə bilər. Uğurlar!

TƏNQİD və TƏHLİLWhere stories live. Discover now