FUAD13 "Period"

82 9 8
                                    

FUAD13 "PERİOD"

Salam, əziz oxuyucu. Artıq 2 ildən çox idi ki, bu platformada kitab oxumaqla məşğul idim. Keçmiş hesabımı silməzdən əvvəl, əsasını ingilis və rus dilləri təşkil edən elmi-fantastik janrda çox kitab oxumuşdum. Burada Azərbaycanın gənc istedadlarını kəşf etdikdən sonra başa düşdüm ki,  onlardan xəbərsiz çox azərbaycanlı  var ki, həmin şəxslər də  mənimkimi xarici yazarlara üstünlük verirmişlər. Onun üçün də köhnə profilimi ləğv edib burda bir işə yaramağa çalışdım. Və yaxşıkı bunu etdim. Çünki, oxuduqca, mənəviyyatının  məhv olduğunu düşündüyüm gənc nəsillə qürur duydum, yanıldığım üçün çox sevindim. Bu gün də gənc və savadla istedadın vəhtəti olan  yazarımız və eyni zamanda gənc psixoloqumuz Fuad Əsədovun " Period" kitabını təhlil edəcəyəm. Kitab, əslində, nəyinki burda, hətta, bu günə kimi normal həyatda da oxuduğum günümüz yazarlarının kitablarıyla müqayisədə ən samballı və ən çox əmək sərf olunan kitabdır. İlk növbədə, kitab başdan sona kimi biribirindən maraqlı fakt və məlumatlarla doludur. Yazar bu məlumatları oxuyucuya ötürmək üçün  böyük əmək sərf edib və olduqca maraqlı süjet xətti seçib. Kitabın adı belə maraqlı, cəlbedicidir və əsərin  hekayəsi ilə də biribirini tamalayırlar. Belə ki, əsərdə biz Xəyal və gerçəyin biri birini təkrarlamasını gördük. Bütün elmi faktlar və terminlər çox gözəl şəkildə izah edilmişdir. Əsər o qədər cəlbedici, samballı və əmək doludur ki, arada bir yol verilən yazı xətaları belə öz əhəmiyyətini itirir. Belə bir inam var ki, Şekspir öz əsərlərində bilərək imla xətaları edirdi ki, oxuyucunun beynini ayıq saxlasın.Yəni, Şekspirin əsərlərində belə imla xətaları varsa sizinkindı niyə olmasın ;) Kitabı tam oxumadan onun mənasını tam dərk edə bilməzsiniz. Şəxsən mənim 1 gecəlik yuxumu alan bu kitabı oxuduğuma çox şadam. Saat gecə 3:58 olmasına baxmayaraq, çox böyük həvəslə bu təhlili aparıram. Xəyalınızın sonsuz gücünə, savadınıza və əməyinizə sağlıq, gənc yazar! Sizə, bir oxuyucu olaraq 100 xalı layiq görə bilərdim ancaq. Tezliklə, digər kitabınızın təhlilində görüşmək üzrə.

TƏNQİD və TƏHLİLWhere stories live. Discover now