SLEEPYSONG "DOLU SƏTRLƏR"

51 10 3
                                    

SLEEPYSONG "DOLU SƏTRLƏR

Şeirlərə qarşı ayrı bir məhəbbətim var mənim. Əgər bir şeir qəlbə toxunmursa, istəyir bütün hecaları biribiri ilə qafiyə ahəngi təşkil etsin, yenə də heç bir məna kəsb etməyəcək. Əziz şeirsevən oxuyucular! Bu şairəmizin şeirləri də insanı insan edən bütün hisslərlə doludur.Kitab qapağı, tanıtım və kitab adı çox xoşuma gəldi.  Elə şeirlər oldu ki, həqiqətən aşiq oldum. Onlardan bir bəndi paylaşım sizinlə :

"Sən yad baxışlarda canlanan bir ruh,
Mənsə, tərk etdiyin cəsəd olmuşam.
Viranə qoyduğun ürəyim kimi,
Viranə dünyamda yalqız qalmışam."

Gənc şairəylə şəxsidə söhbət zamanı bu istedadını sadəcə hobbi olaraq istifadə etdiyini vurğuladı və şeirlərinin azlığını da vaxt qıtlığı ilə əlaqələndirdi. Mən çox heyfslənirəm belə istedadın itib batacağına. Əsasən də  sərbəst vəzndə yazdıqları məni çox duyğulandırdı.

Sən bilirsən mi nədir xöşbəxtlik?
Səhərləri səninlə salamlamaqdır xöşbəxtlik.
Günəşə səninlə gülüb, yağmurda səninlə ağlamaqdır xöşbəxtlik.
Qoxlamaqdır küləkdə uçuşan zülmət qara saçlarını.
Aşıb coşmaqdır dəniz kimi dəli dolu gözlərində.
Baharı nəfəsində hiss etməkdir.
Payızda əllərində ovunub,
Qışı ürəyində isinməktir xöşbəxtlik.
Gecələr yalnızların dərd ortağı olarmış,
Yalnızlığa inad, səhərləri səninlə gözləməkdir xöşbəxtlik.

Sərbəst vəzndəki şeirlər onun çox gözəl sevgi romanı yaza biləcəyini göstərir. Bundan başqa "Sən və mən" , " sənsizlik" , "Sənin üçün darıxıram, payız", mənsur şeirləri - "Ağ və qara" , "Gülüşün" və sairə   xüsusilə bəyəndiklərim arasındadır. Bir də sonlarda qeyd etdiyi qəzəl formasındakı "Bayrağım" şeiri həqiqətən təqdirə laiqdir. Əhsən!  və heyif ki belə bir istedadı hər kəs tanıya bilməyəcək. Yenə də bu onun öz seçimidir, hörmət etməkdən başqa çarəm yoxdur. Gənc şairəyə edəcəyim tək tənqid yenə də yazı qaydaları ilə bağlıdır. Bəzi yerlərdə işarə səhvləri dəydi gözümə. Bunları da o gözəl şeirlərin xətrinə bağışlamaq olar. Sonda, bir oxuyucu olaraq həvəskar, lakin, insani hisslərlə dolu bu şeirlər toplusuna 100 xallıq sistemdə 95 xalı layiq görərdim. Oxumağınızı tövsüyyə edirəm.

TƏNQİD və TƏHLİLWhere stories live. Discover now