NADİR0VA " TALEYİN OYUNU"

40 6 9
                                    

NADİR0VA " TALEYİN OYUNU"

Bu hekayəni oxuduqdan sonra özümü 3 boşqab Döşəmə Plovun üstündən 6 dilim paxlava yeyib, 1 litr duzsuz ayran içmiş, sonrasında isə VAZ 2106 ilə 3 tur Bakıdan Qubanın Xınalıq kəndinə gedib gəlmiş kimi hiss edirəm, əziz oxuyucu. Amma,onu qeyd edim ki, hekayədə məruz qaldığım -mış, -miş, -muş, -müş nəqli keçmiş zaman şəkilçiləri zəhərlənməsindən sonra ayran yerinə düşMÜŞdü. Ordan, "şişirdirsən" dediyini görürəm. İnanmırsansa, hekayəyə bir göz gəzdir, görəcəksən. Əziz yazar, hörmətli yazar, bəs, adam bu gündə bir hekayə yazar??? Gözəl dilimizi niyə qətlə yetirməyə çalışırsan, axı? Azərbaycan dili müəllimən bu yazdıqlarını oxusa, sözsüz, istefa edərdi. Yazılan sözlərin 50-60 %də səhvlər var, işarə səhvləri var, hekayədə tutarsızlıqlar var, bir də bunu yazmağa sərf etdiyin vaxt var. Heyfim gəldi vaxtına, doğrusu. Kaş bu komediyanı yazdığına bir az kitab oxusaydın.hekayənin türkcə,yoxsa azərbaycanca yazıldığını anlamış deyiləm, hələdə. Mövzu çooox şablondur. Eynilə yerli seriallardan uyarlanmış kimi. Dil bərbaddır. Daha qalanlarını saymağa ehtiyyac yoxdur. Sizi qiymətləndirməyə gəldikdə isə, 100 üzərindən 10, o 10u da sərf etdiyin zaman görə verərdim. Təbii ki, bir oxuyucu kimi. Xahiş edirəm, zamanınızın qədrini bilin.

TƏNQİD və TƏHLİLWhere stories live. Discover now