NASİMİPASHAYEV "BƏLALI HİSS"

56 9 8
                                    

NASİMİPASHAYEV "BƏLALI HİSS"

Hekayənin kommentində qeyd etdiyim kimi; ŞOKTAYAM! Hələ də inana bilmirəm oxuduqlarıma. Yazan şəxs yazdıqları haqqında nə fikirdədir görəsən? Mənim fikirlərimi heç soruşmayın. Keçirtdiyim qəzəb hissini sözlə ifadə etməyim qeyri mümkündür, çünki. Kitabın ilk bölümlərində yazılanlar 15 yaşlı bir UŞAĞI təsvir etmiş olmamalı idi. Bu yazılanların nə olduğunu deyim əziz oxuyucu; bu yazılanlar, bu bənzətmələr cinayətdir, xəstəlikdir. Ancaq, bir pedofilik bir uşağı cinsi obyekt kimi təsvir edə bilər. Yazan şəxs bunu bilə biləmi yazıb, yoxsa yox, bilmirəm, lakin, çox böyük səhv edib. Yazılan hər hekayə öz içində örnək xarakterlər daşıyır. Budurmu bizim gənclərimizə göstərdiyimiz örnəklər?! İnanın ki, çox məyus oldum və çox qəzəbləndim. Yazan şəxs bir kənara dursun, bu yazını bəyənənlərə nə deməli, hələ?! Oxuyan bir normal insan yox idimi yazan şəxsi yazdıqlarına görə xəbərdar etsin?! Hə, bir də, unutmadan, kitabın təqdimatındakı sözlər də həqiqətən qıcıqlandırıcıdır. Artıq bütün günahları qadınlara yükləmək zehniyyətindən çıxmlıdır bu millət. Xahiş edirəm, yazdıqlarınıza diqqət edin. Bunu qiymətləndirməyimin özü də mənasızdır. Siz özünüz qiymətləndirin.

TƏNQİD və TƏHLİLWhere stories live. Discover now