ULKER_SULEYMANOVA "ALPIN YAZI EMALATXANASI"

89 11 19
                                    


ULKER_SULEYMANOVA "ALPIN YAZI EMALATXANASI"


Cümlə bitmiş bir fikri ifadə edir, deyilmi, əziz oxuyucular? Lakin, mən yazarın cümlələrindəki bitmiş fikri dolanbaclı yollarda fırlada fırlada tükənniş bir fikrə çevirdiyinin şahidi oldum. Oxuyarkən ağlım qarışdı, beynim error verdi desəm, yalan olmazdı. Əziz yazar! Başa düşürük ki, söz ehtiyyatınız zəngindir. Lakin, bu zənginlikdən yerli yersiz istifadə etməyiniz- cümlələri uzatmağınız oxuyucuların beynini yormaqdan başqa bir işə yaramır, inanın mənə. Hekayənin mövzusu fərqli idi, sətiraltı mənaları da var idi. Bilmirəm yazar bunun fərqindədi, ya deyil. Birini mən yazım: Məsəlçün, 3 cü bölümdə idi, səhv etmirəmsə, "Dahi" personajı "Cənab həzrətləri"nin olub olmaması ilə bağlı fikri irəli sürür. Burada Allahın inkar edilməsini görürük, əslində. Yox, elə başa düşməyinki bunu tənqid edirəm. Mən insanların fikirlərinə hörmətlə yanaşıram. Personaj demişkən, hekayədə çox personaj varikən, sadəcə, bir neçəsinə ad verilməsi və hekayənin qəhramanına yazar tərəfindən, sadəcə , "oğlan" deyə müraciət edilməsi hekayəni subyektivləşdirir. "Alp"ı çox axtardım, nəhayət, 4-cü, yəni sonuncu bölümdə iki yerdə adı keçdiyini gördüm. Ayrıca, yazarımızın bir neçə kitabın kommentində xarici dildə işlədilən kəlimələri şiddətlə qınadığını gördüm. Bildirmək istəyirəm ki, özü də iki yerdə " kapriz " sözündən istifadə edib. Bu kəliməni "dəymədüşər" sözü ilə əvəz etsə, sevinərəm. Xülasə, yazarımız özünəməxsus üslub yaratmağa çalışıb, lakin, uğurlu alındığı şübhə doğurur. Hekayəni yenidən düzənləsə, bəlkə, oxunmalı ola bilər. Mən bir oxuyucu olaraq bu hekayəyə 100 xallıq sistemdə 70 xalla qiymətləndirərdim. O da sadəcə olaraq mövzuya görə.

 O da sadəcə olaraq mövzuya görə

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

P

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

P.S. Bu son şəkillərdəki yazılar hekayənin təhlilindəki kommentlərdir. Əziz oxuyucu,xahiş edirəm, yazdığınız kommentləri silməyin! Bu xoş bir şey deyil!

TƏNQİD və TƏHLİLWhere stories live. Discover now