Sleepysong

67 8 12
                                    

Kitab adı: "Qanunsuz" ,
Janr : Macəra
Yazar: Sleepysong

Salam, əziz oxuyucu, bu dəfəki təhlilimiz keçmiş təhlillərdən şeirləriylə tanıdığımız Sleepysong dostumuzun bir az macəra, bir az da dedktiv janrında yazdığı  "Qanunsuz" hekayəsidir. Əslində, hekayə özlüyündə çox  maraqlıdır. Lakin, yazarımızın təsviri bu dəfə bir az zəif qalıb. Hekayədə cərəyan edən bütün hadisələr ABŞ ın Luiziana Ştatında baş verdiyi üçün məkan barədə bir şey deyə bilməyəcəm, çünki , tanımadığım bir ştatdır☺. Amma,digər məlumatların doğru olduğuna tam əmin oldum. Kitabda cəmi 3 bölüm var. Bu üç bölümdə bir xeyli yazı səhvləri də var. Ümumilikdə isə hekayədə şablonluq olmadığı və türklər demiş, bir az "sürükləyici" olduğu üçün diqqətimi cəlb etdi, amma, yenə də bəzi əksiklikləri var. Onlar tamamlansa həqiqətən oxumağa dəyər bir kitab olacağına əminəm. Xülasə, hekayəyə bir oxuyucu olaraq, 100 ballıq sistemdə 90 balla qiymətləndirərdim. Bu qiymətləndirmə ən çox mövzu baxımından maraqlı olduğu və qeyd etdiyim kimi, şablon olmadığına, eyni zamanda, kitab qapağına görədir.☺

You've reached the end of published parts.

⏰ Last updated: Dec 09, 2017 ⏰

Add this story to your Library to get notified about new parts!

TƏNQİD və TƏHLİLWhere stories live. Discover now