ELCHİNİZM "BEYNİMİN QƏTLİ"

84 12 7
                                    

Yazar: ELCHİNİZM
Kitab:"BEYNİMİN QƏTLİ"
J

anr: Qorxu

Əziz oxuyucular! İlk öncə vurğulamaq istəyirəm ki, bu bir təhlil deyil TƏNQİDDİR! Qorxu və ya psixoloji janrda çox kitab oxuyub çox filmə baxmışam. Bu qədər qəddarlığı bir çoxunda görsəm də, bu qədər tutarsızlığı heç birində görməmişəm. Kitabın nə məqsəd üçün yazıldığını bəlkə də yazar özü də başa düşməyib, lakin bir oxuyucu kimi onu qeyd etməyi özümə borc bilirəm ki, kitabdakılar, həyata baxışı yeni formalaşan gənclər və depressiya yaşayan insanlar üçün oxunması heç də yaxşı nəticələr verməyəcək hekayələrdir. Əziz yazar! Sizin hekayəkəriniz mənə "Sadomun 120 günü" əsərinin yazıçısı Marquis de Sadeni xatırlatdı. Kaş ki, qorxu romanı yazarkən örnək olmalı olduğunuz vicdan hissindən, insani duyğulardan uzaqlaşmayaydınız.
Gələk tənqidimizin ikinci bölümünə. Yəni tutarsızlıqlara. Kaş ki, yazmadan öncə araşdırardınız, əziz yazar. Bədənin məruz qaldığı hər hansısa bir ağrı hissi gərəyindən çox olarsa, beyini idarə edən neyronlar avtomatik olaraq müəyyən müddət ərzində öz vəzifələrini yerinə yetirmirlər və nəticədə beyin kənardan gələn məlumatları ala bilmədiyi üçün bağlanır. Adicə qolumuz və ya ayağımız sərt zəminə lazımından bir az bərk dəyərsə, bu belə huşumuzu itirməyimizə kifayət edir. Siz göz qapaqlarını kəsib gözünü qızmar qaşıqla dağladıqdan sonra hələ də huşu özündə olan insanın əlinizdən qurtulmaq və ya hər nə isə üçün özünü pəncərədən atmağı absurd və belə bir hadisə baş versə belə gerçəkləşməyi imkansız bir məsələdir. Kitabın sonunda kitab oxumadığınızı qeyd etmisiniz. Bu sizin seçiminizdir təbii ki, özünüz bilərsiniz, amma, oxumadan yazar olmaq mümkün deyil. Yazarkən oxuyucu kütləsini, onların keçirəcəyi hissləri nəzərə almalısınız. Nəticə etibarı ilə, bir oxuyucu olaraq, bu yazını tamamilə sadist və mazoxist düşüncələrdən ibarət, ümumi bir məna kəsb etməyən, "öldürmək zöva vericidir" mesajı verən bir hekayələr toplusu olaraq dəyərləndirirəm.

10/100

10 isə yazmağa sərf etdiyi əmək üçündür, səhv başa düşülməsin...

@Elchinizm

TƏNQİD və TƏHLİLWhere stories live. Discover now