FEMİNİST_RAPİST "Sözaltı Distopiya"

130 12 0
                                    

FEMİNİST_RAPİST "Sözaltı Distopiya"

Gülməkdən yazıya necə başlayacağımı unutduğum üçün sizdən üzr istəyirəm, əziz oxuyucu. Bir dəqiqəlik fasiləsiz gülmə krizisinin ardından insanı düşünməyə məcbur edən bu kitabın təhlilində hamınızı xoş gördük. Yurddaşlarımızın hekayələri arasında görüb görə biləcəyiniz ən marjinal,sürprizlərlə dolu hekayələrdən birisidir. İlk bölümdə qeyd edildiyi kimi hekayə 2157 -ci ildə, Qlobal istiləşmədən və 4 cü Dünya Müharibəsindən sonra baş verir. Əslində, dəyərli yazar bizə üstüqapalı şəkildə 3cü Dünya Müharibəsinin hal hazırda yaşadığımızı da vurğulayır. 200mlndan az insan yaşayan dünyada " GAZ" markalı avtomobilin üstün bir modelinin olması rusların hələ də nəslinin tükənmədiyini, mürmüğənni Mahirin ulu nəvəsinin onun irsini davam etdirərək oğru androidlərə mahnı bəstələməsi isə yer üzərində incəsənətin musiqi qolunun qanqrena olub çoxdan amputasiya edildiyini açıqlayır. Lakin, anti-troll Loddardın hələ də " Did you miss me" dinləməsi və " Quzuların səssizliyi" filminin pərəstişkarı olması gözlərimi yaşartmadı deyil. Bu dövrdə sağ olmayacağıma şükr edib davam edərkən trolların edam səhnələrindən tutun, klonlaşdırmada qoyun yaradılmasına qədər bütün hekayəni gülə gülə oxuduğumu qeyd etməliyəm. İctimai yerlərdə, ailə içərisində və ümumi nəqliyyat vasitələrində oxumaq qətiyyən məsləhət deyil. Bu qədər gülmək bəsdir deyib indi də ağlamalı episoda, yəni, tənqidə başlamaq istəyirəm. Əziz yazar! Sizdən çox çox xahiş edirəm, vaxt tapıb bir az dilimizin qrammatikasını öyrənəsiniz. Əgər bilirsinizsə, onda, vaxt edib hekayələrinizdəki yazı xətalarını düzəldəsiniz. Tənqid edəcəyim digər bir mövzu isə gülüb, lakin, üzərindən keçmək istəmədiyim açıq saçıqlıq məsələsidir. Əgər Kh azca geciksəydi pornografik filmin ssenarisini yazmış olacaqdınız. Bu da Wattpadın azərbaycanlı oxuyucularının yaşını nəzərə alsaq, zərərli ola bilər. Bilirəm, deyəcəksiniz ki, kitabda yaş həddi işarəsi var, lakin, bizim kəşfiyyatçı balacalarımız üçün bu bir maneə deyil. Uzatmadan gələk yekun qiymətləndirməyə. Fantastikanın bir az satira, bir az siyasətlə qarışıq olan və bir az da dedektiv janr ilə bəzədilən bu əyləncəli formasına bir oxuyucu olaraq, 100 xallıq sistemdə 90 xalı layiq görə bilərəm. 10 xalı isə yazı xətalarına görə vermədiyimi vurğulamalıyam. Nəticə etibarı ilə isə xəyal gücünüzə və yumor hissinizə əhsən!

TƏNQİD və TƏHLİLWhere stories live. Discover now